Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı 149-cu teatr mövsümünün son tamaşalarını təqdim edəcək.
Teatrın mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, bu gün teatrsevərlər üçün Həsən Həsənovun “Qürbətdən gələn məktublar” tamaşası təqdim olunacaq. Tamaşanın quruluşçu rejissoru Xalq artisti Mərahim Fərzəlibəyovdur. Səhnə əsərinin quruluşçu rəssamı Əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, musiqi tərtibatçısı Həmid Kazımzadədir. Ətraflı..
Please follow and like us: