Yubilyar haqqında 1-ci yazı, yaxud təbrik əvəzi
Təşkilatlanmaq lazım idi. Amma necə? Bir tərəfdən teatr – kollektiv sənət idi, tək-tək nədir, heç qrup kimi, dəstə kimi, sabit truppa kimi də uzun müddət fəaliyyət göstərmək qəliz məsələ idi. Teatrı dövlət yaratmalı, maliyyələşdirməli idi, imperiya müsəlmanlarının böyük mədəniyyət hadisəsi – teatrın varlığı çar Rusiyasına çox da lazım deyildi. Yəni olmasaydı, daha yaxşı olardı.
Please follow and like us: