Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı növbəti dəfə “Mədəni gənclik” layihəsinə ev sahibliyi edib. Teatrın mətbuat xidmətindən verilən məlumata görə, tələbələr M.F. Axundzadənin müəllifi olduğu “Sərgüzəşti-vəziri-xani-Lənkəran” tamaşasına baxıblar.
Tamaşanın quruluşçu rejissoru mərhum sənətkarımız, Əməkdar incəsənət xadimi, rejissor Vaqif İbrahimoğlu, rejissoru Anar Sadıqov, quruluşçu rəssamı Əməkdar rəssam Rəşid Şerif, bəstəkarı Xalq artisti Səyavuş Kərimidir. Rəqslərin quruluşu Zakir Ağayev və Yelena Ağayevaya məxsusdur. Ətraflı..
Please follow and like us: