Mayın 10-da Akademik Milli Dram Teatrında Ulu öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunan “Qarabağnamə” tamaşası nümayiş olunub. “Qarabağnamə” Ulu öndərimizin ən çox sevdiyi tamaşalardan biri idi.

Nümayişdən əvvəl ümummilli lider Heydər Əliyevin Azərbaycan mədəniyyətinə diqqət və qayğısını özündə əks etdirən video-çarx təqdim olunub.

Səhnə əsəri XVIII əsrdə Qarabağ xanlığının mərkəzi olan Şuşada baş vermiş tarixi hadisələrdən və Qarabağ hökmdarı İbrahim xanın ictimai-siyasi, ailə-məişət həyatından bəhs edir. Xanlıqlara bölünmüş Azərbaycana yiyələnmək istəyən Rusiya və İranla siyasi əlaqələri və dostluq münasibətlərini bərqərar etməyə çalışan İbrahim xan erməni fitnəkarlığının qurbanı olur.

Tamaşanın rejissoru Xalq artisti Mərahim Fərzəlibəyov, quruluşçu rəssamı İsmayıl Məmmədovdur.

Please follow and like us: