Vətən müharibəsi iştirakçısı Fuad Cəbrayılov Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında işlə təmin edilib. Bu barədə teatrın mətbuat xidməti məlumat yayıb. Məlumatda bildirilib ki, Fuad Cəbrayılovla teatrda səhnə quraşdırıcısı vəzifəsinə əmək müqaviləsi imzalanıb.
Fuad Cəbrayılov Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında” Sərəncamına əsasən sentyabrın 29-da Vətən müharibəsinə yollanıb. O, avtomobil bölüyündə manqa komandiri vəzifəsində xidmət edib.
Vətən müharibəsində döyüş əməliyyatları zamanı arxa cəbhə təminatı bölmələrində maddi-texniki təminatın təşkilində göstərdiyi nailiyyətlərə görə Fəxri fərmanla təltif olunub.
Please follow and like us: