Akademik Milli Dram Teatrının Vətən müharibəsində iştirak edən əməkdaşı Rüfət Cabbarov Fəxri fərmanla təltif olunub. O, Fəxri fərmana Vətən müharibəsi zamanı döyüş tapşırığının layiqincə yerinə yetirilməsində fəal iştirak etdiyinə görə layiq görülüb.​

Rüfət Cabbarov Cəbrayıl, Füzuli və Hadrud istiqamətində döyüşüb:

“Bütün əsgər və zabit yoldaşlarımız böyük ruh yüksəkliyi, qələbə əzmi ilə döyüşürdü. Yalnız irəli getməyi, Vətənimizin hər qarışını düşməndən azad etməyi qarşımıza məqsəd qoymuşduq. Şükür Allaha, bu məqsədimizə də nail olduq. Bu qələbə Azərbaycan xalqının haqqıdır. Bu haqqa sahib olmaq üçün şəhidlər verdik. Onların heç birinin qanı yerdə qalmadı. Düşmən bizim gücümüzü, cəsarətimizi gördü”.

Please follow and like us: