Oktyabrın 29-dan etibarən Akademik Milli Dram Teatrı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və Azərbaycan Dövlət Televiziyasının dəstəyi ilə “Bölgə teatrlarının Bakı premyeraları” layihəsinə başlayıb.

Layihənin məqsədi bölgə teatrlarının yaradıcı həyatını stimullaşdırmaq, bölgə teatrlarında hazırlanan səhnə əsərlərini paytaxt tamaşaçılarına təqdim etməkdir.

10 mart – Milli Teatr Gününə qədər davam edəcək yeni layihəmiz Naxçıvan, Sumqayıt, Lənkəran, Gəncə, Mingəçevir, Şəki, Füzuli, Qusar, Qax, Qazax, Ağdam teatrlarını əhatə edəcək.

Layihənin növbəti qonağı Qax Dövlət Gürcü Dram Teatrı olub. 13 yanvar tarixində Mirzə Fətəli Axundzadənin “Sərgüzəşti-vəziri-xani-Lənkəran” əsəri əsasında rejissor Leri Şioşvilinin quruluş verdiyi eyniadlı tamaşa nümayiş olunub.

Please follow and like us: