Akademik Milli Dram Teatrında Xalq yazıçısı Anarın “Dantenin yubileyi” povestinin motivləri əsasında hazırlanan eyniadlı tamaşanın daxili baxışı keçirilib və səhnə əsəri Bədii Şura üzvləri tərəfindən qəbul edilib.
Yeni yaradıcılıq işinin quruluşçu rejissoru Sankt-Peterburqda yaşayan azərbaycanlı rejissor Ərşad Ələkbərov, musiqi tərtibatçısı Ayat Baxşıyev, rejissor assistentləri Dilbər İsmayılova və Vüqar Məmmədovdur.
Səhnə əsərində Xalq artisti Sabir Məmmədov (Feyzulla Kəbirlinski), əməkdar artistlər Sənubər İsgəndərli (Həcər), Elşən Rüstəmov (Səyavuş), Mətləb Abdullayev (Ağamehdi), Anar Heybətov (Cavad Cabbarov), Şəlalə Şahvələdqızı (Səfura), aktyorlar Şəhla Əliqızı (Anaxanım), Rüstəm Rüstəmov (Əlikram), Vüsal Mustafayev (Məcid Ələsgərov), Məhsəti Tahirzadə (Lena), Ramin Şıxəliyev (Gənc tənqidçi), Cümşüd Zeynalov (Mamed), Elsevər Rəhimov (Eldar), Tural İbrahimov (Aydın), Nəzrin Abdullayeva (Rəna) və Lalə Süleymanova (Roza) çıxış edir.
Tamaşanın dəvət olunmuş iştirakçıları Ayat Baxşıyev, Xəyal Əliyev, Vaqif Hacıyev və Vüsal Əliyevdir.
Səhnə əsərinin quruluşçu rəssamı Samirə Həsənova, geyim üzrə rəssamı Aygün Mahmudova, işıq üzrə rəssamı Rafael Həsənov, rejissor assistentləri Dilbər İsmayılova və Vüqar Məmmədovdur.
Qeyd edək ki, Akademik Milli Dram Teatrında yeni Bədii Şura formalaşıb. Bədii Şuranın tərkibi aşağıdakı kimi təsdiq olunub:
1. İlham Əsgərov – sədr
2. Mehriban Ələkbərzadə – məsul katib
3. Vəfa Novruzova – üzv
4. Nazim Bəykişiyev – üzv
5. Elçin Əfəndiyev – fəxri üzv
6. Kamal Abdulla – fəxri üzv
7. Şəfiqə Məmmədova – fəxri üzv
8. Rəşad Məcid – fəxri üzv
9. Rafiq Əzimov – üzv
10. Məryəm Əlizadə – üzv
11. Siyavuş Kərimi – üzv
12. İlham Rəhimli – fəxri üzv
13. Nurəddin Mehdixanlı – üzv
14. Bəsti Cəfərova – üzv
15. Firəngiz Mütəllimova – üzv
Please follow and like us: