Teatrın Bədii rəhbəri, Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə gələcək planlar, hazırlanacaq tamaşalar haqqında məlumat verib.
Teatrının yeni mərhələsi və yeni mövsümündə üç tamaşa hazırlanacaq. Yeni yaradıcılıq işləri Çingiz Aytmatovun “Əsrə bərabər GÜN”, Şıxəli Qurbanovun “Sənsiz” və Xalq yazıçısı Anarın “Dantenin yubileyi” əsərləri əsasında hazırlanacaq eyniadlı tamaşalardır.
Mehriban Ələkbərzadə kollektivi təbrik edib, uğurlar arzulayıb.
Görüşdə 2023-cü ilin yanvar-iyul aylarında Akademik Milli Dram Teatrının həyatında baş verən hadisələrin hesabatından ibarət video-çarx təqdim olunub.
Daha sonra görüş bədii hissə ilə davam edib.
Please follow and like us: