Ölkəmizin ictimai-mədəni həyatında fəal rol oynayan Azərbaycan teatr sənəti dövlətimizin dəstəyi ilə milli və ümumbəşəri dəyərlərin təbliğinə, vətənpərvərlik ruhunun, yüksək mənəvi keyfiyyətlərin aşılanmasına və vətəndaşların estetik zövqünün formalaşdırılmasına xidmət edir.

Ulu Öndər Heydər Əliyevin mədəniyyət siyasətini uğurla davam etdirən ölkə başçısı cənab İlham Əliyevin mədəniyyətə, o cümlədən teatr sənətinə olan qayğısı göstərir ki, Azərbaycan teatrının fəaliyyəti həmişə olduğu kimi, bu gün də dövlətimizin diqqət mərkəzindədir. Teatr sənətçilərinin rifahı və onların sosial problemlərinin həlli üçün görülən böyük işlər Azərbaycan dövlətinin mədəniyyətimizə, onun ayrılmaz hissəsi olan teatr sənətimizə böyük inamının bariz nümunəsidir. Bütün bunları nəzərə alaraq biz – Azərbaycan Teatr Xadimləri İttifaqı XIV Konfransının nümayəndələri bu gün tam məsuliyyətlə bəyan edirik:

– ölkə rəhbərliyinin sənətimizə göstərdiyi diqqət və qayğısına güvənən Azərbaycan Teatr Xadimləri İttifaqı milli sənət düşüncəsinin yüksəlişi və zəngin tarixi olan səhnə mədəniyyətimizin dünyada tanınması istiqamətində öz fəaliyyətini davam etdirəcək;

– mədəniyyətlərarası əlaqələrin daha da genişlənməsinə çalışacaq,

– milli teatrın parlaq bədii irsini daha inam və qətiyyətlə qoruyacaq;

– teatr sahəsində vacib, bədii estetik cəhətdən aktual mahiyyət daşıyan islahatlar aparacaq;

– Azərbaycan teatr sənətinin inkişafı ilə bağlı daha geniş tədbirlər planı həyata keçirəcək;

– milli səhnə sənətimizin dünya orbitində geniş təbliği və qabaqcıl əcnəbi teatrların ölkə teatrları ilə yaradıcılıq əlaqələrinin möhkəmlənməsi istiqamətində daha inamlı addımlar atacaq.

Bakı şəhəri, 22 oktyabr 2019-cu il.

Please follow and like us: