Vəfa Əliseyran qızı Rzayeva 04 oktyabr 1975-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1998-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dram və kino aktyorluğu fakültəsini bitirmişdir.1996-cı ildə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının artist heyətinə qəbul edilmişdir.Teatrda işlədiyi dövrdə maraqlı rolları ilə diqqət çəkmişdir.Səltənət bəyim (“Hökmdar və qızı”, İ. Əfəndiyev),Şirinin rəfiqəsi (“Fərhad və Şirin”, S.Vurğun),Aynişan (“Burlaxatun” N.Xəzri),Zöhrə (“Eşq və intiqam” S. S.Axundov),Sona (“Hələ “sevirəm” deməmişdilər…”R. Novruz),Sonya (“Cinayət oyunu” N. Dostayevski),Bəyim (“Xurşidbanu Natəvan” İ. Əfəndiyev),Soqa (“Kaş araba aşmayaydı”O. İoseliani),Aynişan (“Burlaxatun” N. Xəzri),Zöhrə (“Eşq və intiqam”S.S.Axundov),Sonya (“Cinayət oyunu” N. Dostayevski),Bəyim (“Xurşidbanu Natəvan”İ.Əfəndiyev),Soqa (“Kaş araba aşmayaydı” O. İoseliani),Leyla (“Mesenat” Ə.Əmirli),Zümrüd (“Eloğlu” A.Şaiq),Gəlin (“Uçqun”,T.Cücenoğlu),Qloriya (“Qocanı öldürməliyik”, C. Patrik),Pırpız Sona “Dəli yığıncağı” C.Məmmədquluzadə) və s.
Vəfa Rzayeva Azərbaycan Dövlət televiziyasında hazırlanan bir çox teletamaşalarda da müxtəlif obrazlar yaratmışdır.Arzu “Acılar bitməz” (film, 2009)(tammetrajlı bədii film),Faiqin arvadı Adam ol! (film, 2005)(tammetrajlı bədii film), Vəfa “Adam ol!”(film 2, 2006)(tammetrajlı bədii film),“Aramızda qalsın”(film, 2011)(bədii serial),“Bomba” (film, 2005),“Həkimlər”“İlahi məxluq” (film, 2011),“Qafqaz “(film, 2007),“Qayınana” (film, 2011),“Qızlar” (film, 2007),“Mən sənin dayınam” (film, 2001),“Mənim ömür nəğmələrim”(film, 2003),“Nəfəs” (2007),“Taleyin qisməti” (film, 1996),“Yanmış körpülər” (film, 2003),“Qu rəqsi” və s.
Vəfa Əliseyran qızı Rzayeva 2011-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti fəxti adına layiq görülüb.