Elnur Nüsrətdin oğlu Qədirov 03 noyabr 1985-ci ildə Bakıda anadan olub. 2008-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin «Dram teatrı və kino aktyorluğu» fakültəsini bitirib. Sənət müəllimləri Əliabbas Qədirov, Cənnət Səlimova, Bəhram Osmanov görkəmli sənətkarlar olublar.
2001-ci ildən orta məktəbin 8-ci sinfində oxuyarkən Akademik Milli Dram Teatrında müqaviləynən çalışıb. 2006-ci ildən isə Akademik Milli Dram Teatrının aktyorudur.
Teatr fəaliyyəti ilə yanaşı 2009 –cu ildən Azərbaycan Televiziyası QSC-də rejissor kimi çalışır. 2017-ci ildən Azərbaycan Televiziyası QSC-nin “Musiqi və əyləncəli proqramlar” redaksiyasının baş rejissoru, 2022-ci ildən isə baş redaktor vəzifəsində çalışır.
Akademik Milli Dram Teatrında çoxsaylı rollar oynamışdır: Əziz ağa («Lənkəran xanının vəziri», M.F.Axundzadə), Pioner oğlan («Hərənin öz payı», X.Qoca), Aktyor ( «Hamlet», V.Şekspir), Polis («Kəllə», N.Hikmət), Əli bəy («Ölülər», C.Məmmədquluzadə), Qorodovoy («Dirilən adam», M.Cəlal), Gənc («Mesenat», Ə.Əmirli), Qonaq («İnsan səsi», J.Kokto), Rəhman («İmzanın hökmü», T.Kazımov), Mühafizəçi («Uçqun», T.Cucenoğlu), Çaqqal («Tülkü, tülkü, tünbəki…», X.Həsənova), Yasavul («Müsyö Jordan və Dərviş Məstəlişah», M.F.Axundov), Pizzasatan, Susatan, Polis, Sanitar, Rəqqas («Oğru cənnətdə, yaxud Vinçenso de Pretore», E.Filippo), Çar zabiti («Qarabağnamə», İ.Əfəndiyev), Ruh («Teleskop», Elçin), Qəzetsatan («Qatar altına atılan qadın», A.Məsud), Kinto («Xanuma», A.Saqareli), Məlikməmməd («Cənnətin üç alması», N.Kazımov), Gənc kəndli («Kuraj və uşaqları», B.Brext), Quldurbaşı («Əlibaba və 40 quldur», nağıl-tamaşa), Cəllad («Kölgə», Y.Şvarts), Qaraquş («Topal Teymur», H.Cavid), Heydər ağa («Ölülər», C.Məmmədquluzadə), Pyotr İvanoviç Dobçinski («Müfəttiş», N.V.Qoqol), Qutluğ İnanc («Qətibə İnanc», M.S.Ordubadi), Farmasyon Rüstəm («Dəli yığıncağı», C.Məmmədquluzadə, Donatello («Nindza tısbağalar və kapitan Cekin macəraları», nağıl-tamaşa), Əliverdi («Yaşar», C.Cabbarlı), Umberto («Filumena Marturano», E.Filippo), Əcəl («Küknarlara məktub», Q.Çxoidze), şəhid Şamil Şəfiyev («Zəfər yolu», A.Paşa), Paritet-kosmonavt 2-1 («Əsrə bərabər gün», Ç.Aytmatov), Malkolm («Ledi Maqbet», V.Şekspir), Karvanbaşı («Sehrbazlar dərəsi», K.Abdulla), Vasif («Bayquş gəldi yaxud bir az məhəbbətdən danışaq», M.İbrahimbəyov) və s.
Bədii Filmlər: «И не было лучше брата» (rej. Murad İbrahimbəyov, 2011), «Son iclas» (rej. Fuad Əlişov, 2018)
Teleseriallar: «Muradına çatan günəş» (rej. Asif Abramov, 2012), «Qaynana» (rej.Rüfət Şahbazov, 2011), «Bir ailəm var» – Anar (rej.Rüfət Şahbazov, 2013-2015), «Cehizsiz gəlinlər» – Toğrul (Rüfət Şahbazov, 2016), «Bir qadın» – Oqtay (rej.Şahin Qəhrəman, 2020) və s.

