XƏDİCƏ SAHİB QIZI NOVRUZLU

Xədicə Sahib qızı Novruzlu 23 iyun 1995-ci ildə Bakı şəhərində anadan olub. 2013-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Dram və kino aktyoru” fakültəsinin 1-ci kursuna daxil olub və universiteti müvəffəqiyyətlə bitirib.

2000-ci ildə, hələ 5 yaşında ikən Akademik Milli Dram Teatrında Elçinin “Mənim ərim dəlidir” (rejissor – Azər Paşa Nemətov) tamaşasında ilk – Qonşu qız rolu ilə səhnəyə çıxmışdır.  Sonradan bir çox rollarla Akademik Milli Dram Teatrının səhnəsində tamaşaçıların rəğbətini qazanıb.

2002–2011-ci illərdə “Lider” telekanalında hazırlanmış “Dan Ulduzu” yarışmasının aparıcısı olub. Bu illər ərzində 2 filmdə də rol alıb.

Akademik Milli Dram Teatrında səhnəyə qoyulmuş “Xəcalət” tamaşası ilə Gürcüstanda, Serbiyada, Moldovada qastrol səfərlərində olub, Krımda keçirilən “Teatr.Çexov.Yalta”, Belarusun Brest şəhərində keçirilən “Belaya veja” teatr festivallarında iştirak edib.

2012-ci ildə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Təsis etdiyi “İlin ən gənc aktrisası” adına, 2015-ci ildə Azərbaycan Respublikasının Prezidentinin müvafiq sərəncamı ilə “Gənclər üçün Prezident mükafatı”na layiq görülüb.

2016-cı ildən Akademik Milli Dram Teatrının aktyor truppasında çalışır.

Xədicə Novruzlu Elçinin “Mənim ərim dəlidir”də Qonşu qız,M.F.Axundovun”Müsyo Jordan və dərviş Məstəli şah”da Gülçöhrə,H.Həsənovun “Qürbətdən gələn məktublar”da  Dilənçi uşaq,B.Vahabzadənin”İkinci səs”də İradə,T.Minullinin “Alin yazısı”da İlisu,H.Mir-   ələmovun “Xəcalət”də Fəridə,E.d,Filipponun “Kabuslar”da İbnə bacı,A.Şaiqin “Qaraca qız”da Tutu,”Danışan gəlincik”də Tıx-Tıx xanım,Ərəb xalq nağılı”Əlibaba və qırx quldur”da Mərcan,Ə.Əmirlinin”Şah Qacar”da Qacarın ilk sevdiyi qız,H.Mirələmovun”Xəcalət”də Gülyaz,C.Məmmədquluza   dənin “Ölülər”də Nazlı,

“Mənim ərim dəlidir”, “Qürbətdən gələn məktublar”, “İkinci səs”, “Xəcalət”, “Kabuslar”, “Qaraca qız”, “Şah Qacar”, “Ölülər”, “Cəhənnəm sakinləri”, “Bir, iki, bizimki” və b. tamaşalarda maraqlı obrazlar yaradıb.