DİLARƏ ŞAMİL QIZI NƏZƏROVA

Dilarə Şamil qızı Nəzərova 13 yanvar 1974-cü ildə Bakıda anadan olub. 1998-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Dram və kino aktyorluğu fakültəsini bitirib. Aktrisalıq sənətinə Sumqayıt Dövlət Dram Teatrında başlayıb. Sumqayıt səhnəsində Həlimə (“Yanmış evin nağılı” A.Zeynalov), Taclıbəyim (“Çaldıran döyüşü” İ. Ağalaroğlu), Kukla Teatrında Şərəfnisə (“Müsyö Jordan” M.F.Axundov), Əzrayıl (“Dəli Domrul” Dədə Qorqud Dastanı) kimi obrazlar yaradıb. 1996-cı ildə Akademik Milli Dram Teatrının artist heyətinə qəbul edilib.     Dilarə Nəzərova teatrın səhnəsində Güllər (“Ah,Paris…Paris!..” Elçin),Kəniz (“Özümüzü kəsən qılınc” B.Vahabzadə), Susanna (“Aydın” C.Cabbarlı), Böcək (“Köhnə ev” Ə.Əmirli) Səkinə (“Bu dünyanın adamları” Hidayət), Püstə (“Qaraca qız”A.Şaiq),Papopa (“Fedra” J.Rasin), Gözəl (“Mənim günahım”,İ. Əfəndiyev), Naza (“Oliqarx”, Əfqan),Zivər (“Anamın kitabı” C. Məmmədquluzadə), Qadın (“Dəli yığıncağı”C.Məmmədquluzadə) və b. obrazlar yaradıb. Dilarə Nəzərova “Yük”,“Cavid ömrü”, “Ağ atlı oğlan”, filmlərində,“İtkin gəlin”,“Bir iləm var”,“Yanmış körpülər” və s. seriallarda çəkilib.