RADA ZİYAD QIZI NƏSİBOVA

Rada Ziyad qızı Nəsibova 29 oktyabr 1982-ci ildə Gəncə şəhərində anadan olub. 2001-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin «Kulturologiya» fakültəsinə daxil olub, 2005-ci ildə oranı prodüserlik ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib.
2002-2007-ci illərdə Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrında aktrisa vəzifəsində çalışıb. 2007-ci ildən indiyədək Azərbaycan Dövlət Akademik Milli Dram teatrının aktrisası olaraq fəaliyyət göstərir.
Rada Nəsibova bu teatrın səhnəsində Sevər («Oqtay Eloğlu», C.Cabbarlı), Leyla («Ağa Kərim xan Ərdəbili», Ə.Haqverdiyev), Təhminə («Xurşidbanu Natavan», İ.Əfəndiyev), Tələbə qız («Mesenat», Ə.Əmirli), Cangüdən («Varlı qadın», Ə.Əmirli), Bahar qızı («Gəl,Novruzum», nağıl-tamaşa), Qara təlxək («Kvazimoda», V.Hüqo), Şölə xanım («Sərgüzəşti vəziri xani Lənkəran», M.F.Axundzadə), Bədidə xanım («Qanlı Nigar», S.Şendil), Məşuqə («Kabuslar», E.D.Filippo), Ruh («Teleskop», Elçin), Zeynəb («Ölülər», C.Məmmədquluzadə), Küpəgirən («Aldanmış ulduzlar», A.Sadıqov), Xurşidxanım («Boy çiçəyi» yaxud «Sən həmişə mənimləsən»), Yaxşı («Almaz», C.Cabbarlı), Annunsiata («Kölgə», Y.Şvarts), Dayə («Qaraca qız», A.Şaiq), Rafael («Nindza Tısbağalar və kapitan Cekin macəraları», A.Sadıqov), Zeynəb («Biri var idi,biri yox idi», Xalq nağılı), Cariyə («Qarabağnamə», İ.Əfəndiyev), Sərnişin ( «Qatar altına atılan qadın», A.Məsud), Astagül («Gəncə qapıları», H.Mirələmov), Anka («Nazirin xanımı», B.Nuşiç), Qadın («Ah,bu uzun sevda yolu», Ə.Əmirli), Ruh («Teleskop», Elçin), Qonşu («Cəhənnəm sakinləri», Elçin), Kraliça («Buzlar ölkəsi», A.Sadıqov), Ayqız («Mənim günahım», İ.Əfəndiyev), Yaqut («Yashar», C.Cabbarlı), gəlin («Zəfər yolu», A.Nemetov), Lola («Şükriyyə», C.Zeynallı), Böyük bacı («Məlikməmməd», N.Kazımov), Şadxəbər («Varlı qadın», Ə.Əmirli), Nazilə («Bayquş gəldi yaxud bir az məhəbbətdən danışaq», M.İbrahimbəyov), kosmonavt («Əsrə bərabər gün», Ç.Aytmatov) maraqlı obrazlar yaradıb.

Rada Nəsibova 2002-ci ildən kinoda fəaliyyət göstərir. Çoxsaylı film və serialda çalışıb: «Girov» – kəndçi qız, «Mənim üçün varsan» – Aynur, «Sarı gəlin» – Firuzə, «Gürzə» – Nigar, «İstanbul reysi» – falçı, «Bir anın həqiqəti» – müxbir, «Qaydasız döyüş» – müstəntiq, «Bulağıstan» – Zərnişan, «Yaddaş» – Arzu, «Telefon» – Rəna, «O gecə» – Pəri, «Aramızda qalsın» – qonaq oyunçu, «Qaynana» – Sədaqət, «Bir ailəm var» – Nazlı, «Cehizsiz gəlinlər» – Zəminə, «Bir qadın» – Nərgiz, «Gecə yarısı» – Gülnisə, «İntizar» – Mətanət, «İkinci növbə» – Qadın, «Sara» – Səidə, «Burulğan» – Mehriban, «100000 azn» – Qırmızı paltarlı qız, «Mənim günahım» – Fəridə, «Qu rəqsi» – Sülhiyyə obrazlarında çəkilib.