Sadıqov Anar Babalı oğlu

Sadıqov Anar Babalı oğlu 1986-cı il 14 dekabr tarixində Bakı şəhərində anadan olub. 1993-2004-cü illərdə Sabunçu rayon Zabrat qəsəbəsində yerləşən 192 saylı orta məktəbdə oxuyub. 1995-2000-ci illərdə Zabrat qəsəbəsində yerləşən 32 saylı Uşaq Musiqi Məktəbində Qarmon ixtisası üzrə təhsil alıb. 2005-2009-cu illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Rejissorluq Fakültəsinin Dram Rejissoru ixtisası üzrə Azər Paşa Nemətov, Firdovsi Naibov, Fərhad İsrafilov kimi görkəmli teatr xadimlərindən təhsil almış və Universiteti fərqlənmə diplomu ilə bitirib.

 

16.02.2009-01.02.2010 cu illərdə Rəhman Əlizadənin yaratdığı Satira Teatr Studiyasında aktyor vəzifəsində çalışıb. 22.02.2010 -01.06.2011-ci illərdə Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrında rejissor və aktyor kimi çalışıb. İ.Məlikzadə “Hərənin öz ulduzu” tamaşasına quruluş verib. 08.09.2011-07.01.2011-ci illərdə Maştağa qəsəbəsində yerləşən H.A.Abbasov adına Mədəniyyət evinin nəzdində fəaliyyət göstərən “Uşaq” dram dərnəyinin rəhbəri vəzifəsində çalışıb. 2011-ci ildə Azərbaycan Teatr Xadimlərinin təşəbbüsü ilə Moskvada keçirilən Çexov Festivalı ərəfəsində masterklass dərslərində iştirak edib. 2012-2013 cü illərdə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında köməkçi rejissor vəzifəsində işləyib. İ.Əfəndiyev “Boy çiçəyi”.Maks Friş “Don Juan və həndəsəyə məhəbbət” tamaşalarında rejissor assistenti olub.

 

2013-ci ildə Trem Tv Productionda köməkçi rejissor vəzifəsində işləyib. 07.01.2014-01.02.2016 ci illərdə isə Azərbaycan Dövlət Musiqili Teatrında O.Kazımi, R.Heydər “Qızıl Toy”, Ü.Hacıbəyov “O olmasın,bu olsun”, A.Sadıqov “ Yatmış gözəl və cırtdanlar” (Həm də ssenari müəlifi), T.Vəliyeva “Mən dəyərəm min cavana” S.Rəhman “Əliqulu evlənir”, E.Sabitoğlu, Y.Şvarts “Qırmızı Papaq” Tamaşalarında rejissor assistenti vəzifəsində çalışıb.

 

2016-cı ildən Akademik Milli Dram Teatrında Rejissor vəzifəsində çalışır. Akademik Milli Dram Teatrı – A.Sadıqov “Keçəlin Şahlığı” , “Aldanmış Ulduzlar” əsərinə quruluş verib, Xalq artisti Azər Paşa Nemətovun quruluşunda “Ölülər” tamaşasında isə rejissor olub.