Nigar İsrafil qızı Abdullayeva

Nigar İsrafilqızı
Redaktor-qrafik dizayner
Nigar İsrafil qızı Abdullayeva noyabr ayının 7-də Bakı şəhərində anadan olub. 1976-1986-cı ildə Nizami rayonu 62 saylı orta məktəbdə təhsil almışdır. 1986-1991- ci ildə Azərbaycan Dövlət İncəsənət Universitetinin teatrşünaslıq fakültəsində təhsil alıb. Həmin ildən «Bilik» Cəmiyyətində redaktor kimi fəaliyyətə başlamışdır.
1991-ci ildən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında arxivarius, 2006-cı ildən redaktor, 2014-cü ildən aparıcı redaktor vəzifəsində çalışır.
Teatrda işlədiyi müddətdə teatr mövzusunda nəşr olunmuş bir sıra kitabların («Azərbaycan Teatr Xadimləri İttifaqı», «Akademik Milli Dram Teatrı» – iki cildlik və sair) tərtibatçısı və redaktoru olub.
2010, 2012, 2014, 2016-cı il Mədəniyyət Nazirliyinin təşkil etdiyi «Teatr Konfransı»nın bukletlərinin hazırlanması, çap olunması işlərini icra etmişdir.
2013-cü ildən Azərbaycan Teatr Xadimləri İttifaqının üzvüdür.
2016-cı ildə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təsis etdiyi «Fəxri mədəniyyət işçisi» döş nişanı ilə təltif edilib.
2017-ci ildə «C.Cabbarlı adına mədəniyyət, elm və təhsilin inkişafına yardım İctimai Birliyi»nin təsis etdiyi C.Cabbarlının «Almaz» tamaşasındakı uğurlu fəaliyyətinə görə «Xüsusi Diplom» ilə təltif olunmuşdur.
10 mart 2025-ci ildə Milli Teatr Günü münasibətilə Akademik Milli Dram Teatrının regionalara təşkil olunan qastrol səfərlərində uğurlu fəaliyyətinə görə diplomu ilə, Teatr Xadimləri İttifaqının «Qızıl gül» mükafatı ilə təltif olunmuşdur.