LƏMAN FUAD QIZI İMANOVA

Ləman Fuad qızı İmanova 1979-cu ildə Bakı şəhərində anadan olub. 2002-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Rejissorluq fakültəsini teatr kollektivinin rejissoru ixtisası üzrə bitirib.

2002-2004-ci illərdə Bakı Bələdiyyə Teatrında aktrisa kimi fəaliyyət göstərib. Sofoklun “Elektra” əsərində Elektra, X. Əlimirzəyevin “Daşa dönmüş ürəklər” əsərində İradə, İ. Kərimovun “Xəyanətin müsibəti” əsərində Cadə, A. Babayevin “Oğul” əsərində Arzu kimi obrazları canlandırmışdır.

Ləman İmanova 24 fevral 2005-ci ildən Akademik Milli Dram Teatrının heyətinə qəbul edilib. Teatrda işlədiyi müddətdə Mariya (“Ağlasığmaz qətl”, A. Kamü), Dinarə (“Başdanayağa oyun”), Qəndab (“Ölüləri qəbiristanlıqda basdırın”, İ. Şıxlı), Liza (“Mesenat”, Ə.Əmirli),  Sənəm (“İkinci səs”, B. Vahabzadə), Madmuazel (“Dirilən adam”, M. Cəlal), Əsmər (“Füzuli və Əsmər”, M.M.Seyidzadə), Esmiralda (“Kvazimodo”, V.Hüqo), Mələk (“Alın yazısı”, T. Minulin), Qənirə (“İrəvanda xal qalmadı”, H. Orucov), Nata (“Nazirin xanımı”, B. Nuşiç), Natəvan (“Mənim günahım”, İ. Əfəndiyev), Səltənətbəyim (“Qarabağnamə”I.Əfəndiyev), Bettino (“Silindr” E. d. Filippo), Zeynəb (“Ölülər” C. Məmmədquluzadə), Röya (“Vəsiyyət” H. Mirələmov), Zeynəb (“Cəhənnəm sakinləri”, Elçin),Qadın (“Dəli yığıncağı”C.Məmmədquluzadə), Rözaliya (“Filumena Marturano” E. Filippo) və  s.tamaşalarda müxtəlif xarakterli obrazlar yaradıb.

Həmçinin Şuşa Teatrının dəvəti ilə “Ağ qayıq” tamaşasında Ağgül, “Zaman” teatrının dəvəti ilə “Məbəs” tamaşasında Hində və dəli qadın obrazlarını canlandırmışdır.

Ləman İmanova “Bacanaqlar”, “Tufanlı səma”, “Ünvansız eşq”, “Gürzə”, “Mənim üçün varsan”, “Bir ailəm var”, “Həyat, sən nə qəribəsən”, “Ata ocağı” , “Könül yarası”, “Yurd”, “Simurq”, “Qızqaçırtma 2”, “Mükafat”, “Bir qadın” və s. kino və seriallarda, həmçinin Rusiya Federasiyasında ekranlaşdırılan “Diplomat 2” serialında çəkilib.

FİLMOGRAFİY