İLYAS ƏHMƏD OĞLU ƏHMƏDOV

İlyas Əhməd oğlu Əhmədov 5 aprel 1978-ci ildə Bakı şəhərində anadan olub. 1999-cu ildə ADMİU-nin “Dram və kino aktyorluğu” fakültəsinə daxil olub. Hələ tələbəlik illərində Gənc Tamaşaçılar Teatrının rus bölməsində aktyor olaraq çalışıb. 2003-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Dram və kino aktyorluğu” fakültəsini bitirib. 2004-cü il oktyabrın 4-də Akademik Milli Dram Teatrının aktyor truppasına qəbul edilib.

İlyas Əhmədov M.Cəlalın “Dirilən adam” (Bağır), “Uçqun” (Gənc kişi),T.Kazımovun “Muradın kələkləri”( Oğlan)  , Ə.Əmirlinin “Mesenat” da (Fətulla bəy), İ.Əfəndiyevin“Qarabağnamə”də (Hüseynqulu xan), Elçinin“Sənətkarın taleyi”də (Əbdül), M.F.Axundzadənin “Sərgüzəşti vəziri xani Lənkəran”da (Ərizəçi), M.S.Ordubadinin “Qətibə İnanc”da Fəxrəddin, Ə.Əmirlinin“Ah, bu uzun sevda yolu”da (Düşmən şair),C.Məmmədquluzadənin”Dəli yığıncağı”da(Cinni Mustafa) tamaşalarında çıxış edib. İlyas Əhmədov “İstanbul tətili”, “Qisas”, “Üç bacı”“Ayna”, “Oyun” və s. filmlərdə çəkilib.