Ayşad Kamal oğlu Məmmədov 6 dekabr 1954-cü ildə Bakınını Mərdəkan qəsəbəsianadan olub. İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsində(1978-1982) təhsil alaraq,Nəsir Sadıqzadə və Vaqif Abbasov kimi sənətkarlardan sənətin sirlərini öyrənmişdir.1982-1989-cu illərdə Şəki Teatrında çalışıb.1989-cu ildən etibarən Gənclər Teatrında aktyor kimi fəaliyyət göstərib.2011-ci ildən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında aktyor kimi çalışır.
Ayşad Məmmədov teatrda işlədiyi müddətdə bir çox rollar oynayıb.Onun yaratdığı Romeo,Malkolm,Pek,Laert (V.Şekspir “Romeo və Cülyetta”, “Maqbet”,“Yay gecəsində yuxu”,“Hamlet”),Müsyö Jordan (M.F.Axundov “Müsyö Jordan və dərviş Məstəli şah”),Aydın (C.Cabbarlı “Aydın”),İsgəndər (C.Məmmədquluzadə “Ölülər”),Təlxək (M.F.Axudov “Ox və hədəf”),Maliyyə naziri (“Kölgə”Y.Şvarts), Kral (Q.Qorin “Aktyor və kral”),Paskuale (“Kabuslar”E.D.Filippo),Bığlı artist (“Sənətkarın taleyi”),Padşah (Anar “Yaxşı padşahın nağılı”),Kleon (Herostratı unudun”Q.Qorin),Yəhudi (“Qadın məhəbbəti”V.Hüqo),Cəllad (“Generalın son əmri”,V.Səmədoğlu),Baş həkim (Elçin”Şekspir),Saray şairi(“Sərgüzəşti vəziri xani Lənkəran”,M.F.Axundzadə),
Dieqo ata(“DonJuan və həndəsə”M.Friş),DoktorTağı(“Oliqarx”Əfqan),Gizir,Mir-zə,(“Kuraj və uşaqları”B.Brext),Axund Hacı Babək (“Şah Qacar”Ə.Əmirli),Toğ- rul (“Qətibə İnanc”M.S.Ordubadi) İuda (“İuda”A.Məmmədov),Kişi (“Bir,iki,bizimki”K.Abdulla),Frençli kişi (“Ah,bu uzun sevda yolu” Ə.Əmirli),Ser Tobi Belç (“On ikinci gecə və yaxud hər nə istəsəniz”V.Şekspir) və s. obrazları aktyorun rəngarəng yaradıcılıq palitrasının nümunələrindəndir.
Ayşad Məmmədov kino ekranlarında da maraqlı obrazlar yaradıb. Ailə (film,1998) (tammetrajlı bədii film),“Bəxt üzüyü”(film, 1991)“Bir anın həqiqəti” (film, 2003),“Güllələnmə təxirə salınır!…”(film, 2003),“Həsrətli gözlərin rəsmi”(film, 2003),“Oyun” (film, 2003)“Yanmış körpülər”(film, 2003),“Moskva-Bakı”qatarı”(film, 2005)“Yalan”(film,2006)“Məhkumlar” (film, 2007),“Sirat körpüsü” (film, 2007)“Günaydın,mələyim!”(film,2008)“Evləri göydələn yar”(film, 2010)“İstanbul reysi”(film,2010)“Qayınana” (film, 2011)“Qağayı” (serial, 2012),“Sübhün səfiri” (film, 2012),“Tək olanda qorxma…”(teleserial, 2013)“Çaqqal nəfəsi”(serial, 2013) və s.
Ayşad Məmmədov 2000-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına layiq görülüb.