Kazım Feyruz oğlu Həsənquliyev 1968-ci ildə aprel ayının 12-də Bakı şəhərində anadan olub.1989-cu ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsinə qəbul olunub.Bacarıq və qabilliyəti ilə diqqəti cəlb edən aktyor tələbəlik illərində “Mənim ağ şəhərim” (Rövşən) filminə çəkilib. Ə.Hacızadənin “İtkin gəlin” (Yusif),O.Kamalın “Yad qızı” (Haldun) və İ.Əfəndiyevin “Qaçaq Süleyman” (Qaçaq Rəşid) silsilə televiziya tamaşalarında oynayıb.
1994-cü ildən Akademik Milli Dram Teatrının kollektivinə qəbul edilib.Teatrda işlədiyi illər ərzində o,həm klassik,həm də çağdaş milli və əcnəbi dramaturqların pyeslərinin tamaşalarında dram obrazlarına səhnə həyatı verib.Kazım Həsənquliyevin Akademik Milli Dram Teatrında ifa etdiyi rolların siyahısı belə sıralanır:Elcan (“Məhəbbət yaşadır”,N.Hacızadə),Fərid (“Ağqoyunlular və Qaraqoyunlular”, Ə.Əmirli), Rövşən (“Qisas qiyamətə qalmaz”,N.Hacızadə), Əbülfət xan (“Hökmdar və qızı” İ.Əfəndiyev), Arslan (“Özümüzü kəsən qılınc”,B.Vahabzadə),Kafir (“Burla xatun”,N.Xəzri),Rövşən (“Dəlilər və ağıllılar”,İ.Əfəndiyev),Nökər,Voltimand (“Kral Lir”,“Hamlet” V.Şekspir), Altay (“Dar ağacı”,B.Vahabzadə),Oğlan (“Hərdən mənə mələk də deyirlər”,K.Abdulla),Oktav (“Skapenin kələkləri”,J.B.Molyer),Dadaşzadə (“Bu dünyanın adamları”,Hidayət), Məhəmmədtağı (“Mesenat”,Ə.Əmirli),Muradalı, Rövşən,Xurşid (Hidayət),Muradalı,Rövşən (“Xurşidbanu Natəvan”,“Dəlilər və ağıllılar”, İ.Əfəndiyev), Raskolnikov (“Cinayət və cəza” F.Dostoyevski), Bank işçisi və II sanitar (“Vinçenso de Pretore yaxud oğru cənnətdə”,Eduardo de Flippo),Elman(“Vəsiyyət”H.Mirələmov),Komandan,Qoca polkovnik (“Kuraj və uşaqları”E.D.Filippo),Mirzə Hüseyn müəllim (“Ölülər”C.Məmədquluzadə), Əbülfət xan (“Qarabağnamə”İ.Əfəndiyev),Məşədi Hacı (“Dəli yığıncağı”C.M əmmədquluqzadə)və s. Kazım Həsənquliyev B.Vahabzadənin “Yağışdan sonra” (Rüstəm), A.Rəhimovun “Canavar balası” (Rövşən) televiziya tamaşalarında da iştirak edib”Həqiqət anı” (Nizami Şahmuradov),”Sifarişçi” (Killer) filmlərində çəkilib.
Kazım Həsənquliyev 2006-cı ildə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına layiq görülüb.