
Afət Hacı qızı Məmmədova 1 sentyabr 1969-cu ildə Tovuz rayonunun Düz Qırıqlı kəndində anadan olub. 1975-1985-illər 1-li orta məktəbdə təhsil alıb. 1985-1992-ci illər Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət .Univeristetinin Dram teatrı və kino aktyorluğu fakültəsini bitirmişdi.
1990-2000-ci illər Azərbaycan Dövlət Yuğ teatrında aktrisa kimi müxtəlif səpkili obrazları canlandırıb.
2010-2015-çi illər İrəvan Dövlət Dram teatrında aktrisa kimi çalışıb.
Afət Məmmədova çox saylı televiziya tamaşalarında çıxış etmişdir: «Nekroloq», «Qurama», «Oyun», «Kral ölür», «Ölümə dəvətnamə» və s.
2014-ci ildən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında («Zəfər yolu», A.P.Nemətov), Tamar («Şükriyyə», C.Zeynallı), VAAQ müdiri («Varlı qadın», Ə.Əmirli), Küpəgirən («Gözəl və bədheybət», M.L.Bomon), Saray xatun («Ləng», P.Seyidli) və s. müxtəlif tamaşalarda maraqlı rollar oynamışdır.
