Həsənova İradə Aslan qızı

aparıcı səhnə ustası

İradə Aslan qızı Həsənova 1977-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyoru fakültəsini bitirmişdir.Sumqayıt Dövlət Musiqili Dram Teatrının səhnəsində Almaz, Səriyyə (C.Cabbarlı “Almaz”, “Vəfalı Səriyyə”),Kama (Ə.Əylisli “Bağdada putyovka var”),Məryəm (S.S.Axundov “Tamahkar”), Balaxanım (Anar “Adamın adamı”) və s. obrazlar yaratmışdır.1990-cı ildən Akademik Milli Dram Teatrında çalışan İ.Həsənova müxtəlif səpgili obrazlarda çıxış etmişdir. Amella (F.Lorka “Dişi canavar”), Zivər (C.Məmmədquluzadə “Anamın kitabı”),Qaraqoyunlu bibi, Luiza, (Ə.Əmirli “Ağqoyunlular və qaraqoyunlular”, “Mesenat”), Banuçiçək (B.Vahabzadə “Özümüzü kəsən qılınc”), İnci (C.Cabbarlı “Ədirnə fəthi”), Falçı (X.Qoca “Hərənin öz payı”),Paolina (N.Hikmət “Kəllə”),Kokola(O.İoseliani “Kaş araba aşmamayaydı”),Məşədi Zeynəb(“Dəli yığıncağı”C.Məmmədqulu-zadə) kimi obrazlar yaratmışdır.

İradə Həsənova “Unudulan adam”, “Qu quşunun məhəbbəti” televiziya tamaşalarında, Kişi sözü”, “Ah məhəbbət, məhəbbət”, “Kişi sözü” (film, 1987), “Unudulan adam” (film, 1987),”Yurd yeri” (film, 1997),”Qırmızı qar” (film, 1998),”Nə gözəldir bu dünya…”(film, 1999)filmlərində xarakterik obrazlar yaratmışdır.

İradə Həsənova 2002-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına layiq görülüb.