Sevinc Əli qızı Əliyeva 15 yanvar 1965-ci ildə Bakı şəhərində anadan olub.
1989-cu ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirib.Aktrisalıq fəaliyyətinə Dövlət Gənclər Teatrında başlayan Sevinc Əliyeva,aşağıda adları çəkilən rollarla tamaşaçıla- rın qarşısına çıxıb.Qaranquş (“Əriməyən ürək”,O.Uayld),Leyli (“Leyli və Məcnun”,M.Füzuli), Zöhrə(“Dadaşbala əməliyyatı”,R.Əlizadə ),Ana (“Şəhidlər”, R.Səməndər),Qurbanəli bəyin arvadı(“Qurbanəli bəy”, C.Məmmədquluzadə),
Müxbir, Zara, Ana (“Varlı qadın”, “Meydan”, “Yeddi məhbusə”, Ə.Əmirli), Məşədi Orucun anası (“Ölülər”,C.Məmmədquluzadə),
Ofelya,Titaniya (“Hamlet”,”Yay gecəsində yuxu”,V.Şekspir),və s.
2001-ci ildə Akademik Milli Dram Teatrın artist heyətinə qəbul edilib.Teatrın səhnəsində maraqlı obrazlar oynamışdır.
Reyhan (“Dəlilər və ağıllılar”,İ.Əfəndiyev), Xanım (“Mənim ərim dəlidir”, Elçin), Fahişə (“Kəllə”,N.Hikmət), Xarmiana (“Misir gecələri”,N.Hikmət,V.Şekspir, M.S.Ordubadi), 2-ci Arzu (“İkinci səs”, B.Vahabzadə),Jujuna (“Kaş araba aşmayaydı!..”,O.İoseliani),Qadın (“Keçmişdən zəng”A.Krım),Qara Mələk (“Şeyda”, H.Cavid”),Nərgiz(“Qaracva qız”(A.Şaiq) I Pəri (A.Sadıqov “Buzlar ölkəsi”) və sair.
Sevinc Əliyeva “Halallıq” (Ninka), “Mənim dayım ol” (Katibə),” Olum-ölüm və ya hər şeyə rəğmən” ( Doktor), “Şans” (Qəmzə) teletamaşalarına və “Qara Volqa” (Paxanın qızı) filminə çəkilib.
Sevinc Əliyeva 2000-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına layiq görülüb.
2007-ci ildə O.İoselianinin“Kaş araba aşmayaydı “tamaşasında ifa etdiyi Jujina roluna görə Azərbaycan Teatr Xadimləri İttifaqının “Qızıl Dərviş” mükafatı ilə təltif olunub.