Münəvvər Sabir qızı Əliyeva

Aparıcı səhnə ustası

Münəvvər Sabir qızı Əliyeva 25 may 1971-cı ildə Sumqayıt şəhərində anadan olub.

O,1992-ci ildə M. Əliyev adına Azərbaycan Dövlət İncəsənət Universitetinin dram və kino aktyorluğu fakültəsini bitirdikdən sonra bir müddət “Yuğ” Dövlət Teatrında aktrisa işləyib.

1994–cü ildən Akademik Milli Dram Teatrının aktyor truppasının üzvüdür.

O, teatrda müasir və klassik dramaturqların əsərlərinin tamaşalarında Fərəh (“Dindirir əsr bizi”, D.Aslan), Səltənətbəyim (“Hökmdar və qızı”, İ.Əfəndiyev), Cana (“Köhnə ev”, Ə.Əmirli), Sona (“Hələ “sevirəm”deməmişdilər …”, R.Novruz), Selcan (“Pompeyin Qafqaza yürüşü”, N.Həsənzadə), Alagöz (“Afət”, H.Cavid), (“Ölüləri qəbristanlıqda basdırın”, İ.Şıxlı) Həcər, Landa (“Kaş araba aşmayaydı!..” O.İoseliani), lyalya (“ Arılar arasında” Elçin) rollar oynayıb.

Aktrisa Azərbaycan Dövlət Televiziyasının hazırlanmış A.Rafın “İblis qadın” (İblis qadın), Z.Yaqubun “Didərginlər” (Ruh), A.Məsudun “Cəza” (Katibə) teletamaşalarında oynayıb.

Münəvvər Əliyeva “Azərbaycanfilm” kinostudiyasında çəkilmiş “Sarı gəlin” (Sarı gəlin, Erməni qızı və Azəri türkü) filmində oynayıb.

Akademik Milli Dram Teatrında aşağıdakı rolları oynayıb.

Fərəh (“Dindirir əsr bizi”, D.Aslan), Səltənətbəyim (“Hökmdar və qızı”, İ.Əfəndiyev),Cana (“Köhnə ev”, Ə.Əmirli),Sona (“Hələ “sevirəm” deməmişdilər…”, R.Novruz),Selcan (“Pompeyin Qafqaza yürüşü”, N.Həsənzadə),Alagöz (“Afət”, H.Cavid),Həcər (“Ölüləri qəbristanlıqda basdırın”, İ.Şıxlı),Landa (“Kaş araba aşmayaydı!..” O.İoseliani),Lyalya          (“Arılar arasında”, Elçin),Antiqona ( “Şah Edip”,Sofokl),Müəllimə (“Qatil”, E. Əfəndiyev),Ziba (“Lənkəran xanın vəziri”,M.F. Axundov),Pamela Kronki (“Qocanı öldürməliyik”, Con Patrik),Yasəmən (“Qaraca qız”, A. Şaiq),Klementina (“Herostratı unudun”,Q. QORİN),Melissa (“Əmir Teymur”,H. Cavid),Röya (“Vəsiyyət”, H. Mirələmov),Dilbər (“Ah, bu uzun sevda yolu”, Ə. Əmirli və s.

Münəvvər Əliyeva Televiziyada da mataqlı obrazlar yaradıb.:

A.Raf “İblis qadın” (İblis qadın),Z.Yaqub “Didərginlər” (Ruh),A.Məsud “Cəza” (Katibə),H. Mirələmov “Yeni Həyat” ,“Sirr” serialı (Zərifə Axundova)

Aktrisanını bədii filmlərdə oynadığı rollar aşağıdakılardır:

Yavər Rzayev “Sarı gəlin” (Sarı gəlin, Erməni qızı və Azəri türkü),Samir Kərimoğlu “Niyyət” (Münəvvər),Yavər Rzayev “İlahi məxluq” (Çobanın həyat yoldaşı),E. Əfəndiyev “Yuva” (Qadın),Ç. Abdullayev “Dronqo”,Əsgər Əli Hacızadə “Mələyin öpüşü” (Tamilla xanım),

Münəvvər Əliyeva 2006-cı ildə Azərbaycan Respublikasının  Əməkdar artisti fəxri adına layiq görülüb.