Almaz Hüseyn qızı Amanova

Aparıcı səhnə ustası

Almaz Hüseyn qızı Amanova 29 noyabr 1965-ci ildə Sumqayıt şəhərində anadan olub.1987-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirib.Aktrisalıq fəliyyətinə Sumqayıt Dövlət Dram Teatrında başlayıb.Sumqayıt Teatrında silsilə rollar oynayıb.

Pişik (“Öz xoşuna yaşayan pişik” R.Kiplinq),Saimət (“Varlı ev” G.Xuqayev), Gülçöhrə (“Arşın mal alan” Ü.Hacıbəyov), Şərəfnisə (“Müsyö Jordan və dərviş Məstəlişah” M.F.Axundov) və s.

Almaz Amanova 1999-cu ildən Akademik Milli Dram Teatrının aktrisasıdır. Onun teatrın səhnəsində oynadığı rollar bunlardır.İkinci qız (“Sokratı anma gecəsi” Ç.Aytmatov), Şiranə (“Burlaxatun” N.Xəzri), Rəqqasə (“Aydın” C.Cabbarlı), Şəmsi (“Ədirnə Fəthi” C.Cabbarlı), Zulya (“Bu dünyanın adamları” Hidayət), Siyan Şi (“Özümüzü kəsən qılınc” B.Vahabzadə), Arikiya (“Fedra” J.Rasin), Fizzə (“Dirilən adam” Mir Cəlal), Müxalifətçi qız (“Hərənin öz payı” H.Qoca),Gövhər (“Füzili və Əsmər”(M.M.Seyidzadə),Brüsselli qadın (“Brüsseldən məktublar” H.Həsənov),Səltənət bəyim (“Hökmdar və qızı” İ.Əfəndiyev),Güləndam (“Ölüləri qəbiristanlıqda basdırın” İ.Şıxlı), Həyat (“İkinci səs” B.Vahabzadə), Qisasçı qadın (“Generalın son əmri”,V.Səmədoğlu),Nəzakət(“Boy çiçəyi yaxud “Sən həmişə mənimləsən” (İ.Ədəndiyev),və s.

Almaz Amanova teatr fəaliyyəti ilə yanaşı bir çox filmlərdə də maraqlı rollar oynayıb. “Mənim ağ şəhərim” (film, 1994),“Ağ dünya” (film, 1995),“Bəsdir, ağlama! “(film, 1999),“Ayna” (film, 2000),“Bizim qəribə taleyimiz” (film, 2005),“Əzvay” (film, 2005),“Əlavə təsir” (film, 2010),“Üfüqə baxan adam” (Ənvər Məmmədxanlı),“Sirr” (serial, 2012),“Sübhün səfiri” (film, 2012),“Döngələr” (2012),“Muradına çatan Günəş”və s.

Almaz Amanova 2014-cü ildə  Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına layiq görülüb.