ŞƏHLA ƏLİQIZI İSMAYILOVA

Şəhla Əli qızı İsmayılova 26 fevral 1980-cı ildə Tovuz rayonunda anadan olub. 2002-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Dram və kino aktyorluğu” fakültəsini bitirib. O, aktrisa kimi 2002-ci ildən Akademik Milli Dram Teatrında fəaliyyətə başlayıb.

Şəhla Əliqızı Akademik Milli Dram Teatrının səhnəsində J.Rasinin”Fedra”da Panopa,H.Cavidin”Afət”də  Alagöz,B.Vahabzadənin “Dar ağacı”da Qaravaş,”İkinci səs”də Məlahət,”Rəqabət”də Səbinə,H.Həsənovun”Brusseldən məktublar”da Tələbə,Ə.Əmirlinin”Varlı qadın”da III Cangüdən,A.Şaiqin”Eloğlu”da Ana torpaq,İ.Şıxlının “Ölüləri qəbrstanlıqda basdırın”da Kənd qızı,M.Calalın “Dirilən adam”da Qumru,C.Məm-   mədquluzadənin ”Anamın kitabı”da Gülbahar,H.Cavidin “Əmir Teymur”da Almas,H.Mirələmovun”Gəncə qapıları”da III  Aktyor,m.s.Ordubadinin”Qətİbə İnanc”

və başqa tamaşalarda maraqlı obrazlar yaradıb.

Şəhla İsmayılova bir çox dövlət səviyyəli tədbirlərin aparıcısı olub.

O, “İz”, “Cavid ömrü”, “Böhtan, “Susmuş vicdan”, “Bir ovuc torpaq” və s. film və seriallarda müxtəlif dərəcəli rollar oynayıb.