ELNAR CƏFƏR OĞLU QARAYEV 

Elnar Cəfər oğlu Qarayev 1983-cü ildə Sumqayıt şəhərində anadan olub. 2000-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə qəbul olub. 2004-cü ildə teatr rejissoru ixtisasının bakalavr pilləsini, 2006-cı ildə isə rejissorluq ixtisasının magistr pilləsini fərqlənmə diplomu ilə bitirib. Eyni  ildə  Gəncə şəhərində keçirilən I Ümumrespublika bədii qiraət müsabiqəsinin diplomantı adını qazanıb. Bir çox dövlət səviyyəli tədbirlərin aparıcısı olub.

Tələbə vaxtlarından Bakı Bələdiyyə Teatrında aktyor vəzifəsinə daxil olub. O, 2005-ci ildən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktyor truppasına qəbul olunub. Aktyor bu teatrın səhnəsində İ.Əfəndiyevin “Boy çiçəyi”də Fərəcov,  B.Brextin”Kuraj və uşaqları”da Mirzə,,Y.Şvartsın “Kölgə”də Məxfi məsləhətçi,A.Şaiqin”Qaraca qız”da  Oruc, M.M Seyidzadənin”Füzuli və Əsmər”də Qasid, “Körpüdən mənzərə”, “Şeyda”,”Mənim günahım”da Xansu,A.Məsudun “Qatarın altına atılan qadın”da Fəhlə,Sərnişin,A.Saqarelinin “Xanuma”da Kinto, H.Mirələmovun”Gəncə qapıları”da  Portnyakin,Ə.Əmirlinin“Şah Qacar”da Vəli xan, Ə.Əmirlinin“Ah, bu uzun sevda yolu”da Dost şair,V.Şekspirin “12-ci gecə və ya hər nə istəsəniz” Antonio və b. tamaşalarda müxtəlif maraqlı obrazlar yaradıb.Elnar Qarayev “Biz qayıdacağıq”, “Aktrisa”, “Xoca”, “Ölülər – XXI əsr”, “Uçurum” və başqa filmlərdə çəkilib.