Vüsal Sədaqət oğlui Mustafayev 1983-cü ildə Sumqayıt şəhərində anadan olub. 2001-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin teatr və kino fakültəsinə qəbul olub və 2005-ci ildə həmin universiteti bitirib.
2006-cı ildə Azər Paşa Nemətovun dəvəti ilə Azərbaycan Teatr Xadimlər İttifaqında hazırlanmış bir neçə tamaşada rol alıb. 2008-2011-ci illərdə Sumqayıt Dövlət Musiqili Dram Teatrında aktyor işləyib. 2011-ci ilin yanvar ayından Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında çalışır.
2011-ci il fevral ayının 2-də Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin qərarı ilə “İlin gənc aktyoru” adına layiq görülüb.
Vüsal Mustafayev Akademik Milli Dram Teatrında E.d.Filipponun“Kabuslar”da İspan Qrandı, A.Saqarelinin“Xanuma”da Kinto ,F.Dürrenmattın”Yaşlı xanımın gəlişi”də Rəssam, Q.Qorinin“Herostratı unudun”da Keşikçi, Elçinin“Sənətkarınm taleyi”də Carçı, “Cəhənnəm sakinləri”də Hərbçi, Ə.Əmirlinin“Ah, bu uzun sevda yolu”da , “Ölülər”, Y.Şvartsın “Kölgə”də Həkim, A.Toltoyun“Buratino”da Artemon, V.Hüqonun “Qadın məhəbbəti”də Cəllad,Y.Polyakovun”Sinif yoldaşları”da I Cangüdən,A.Saqarelinin “Nazirin xanımı”da Raşa, Ə.Əmirlinin “Şah Qacar”da Məhəmməd Vəli xan,”Ah,bu uzun sevda yolu”da Qorxaq şair,C.Məmmədquluzadənin “Dəli yığıncağı”da Sərsəm Salman,Y.Polyakovun “Sinif yoldaşları”da Moyor,V.Şekspirin”On ikinci gecə və yaxud hər nə istəsəniz”də Fabian, və s. tamaşalarda müxtəlif maraqlı obrazlar yaradıb.
Vüsal Mustafayev “Qayınana”, “Dolu”, “Həyat, sən nə qəribəsən” və s. filmlərdə çəkilib.