İlahə Bayraməli qızı Həsənova 1987-ci ildə Ağsu rayonunda anadan olub. 2003-2007 ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Dram-teatr aktyorluğu” fakültəsində təhsil alıb. 2007-2008-ci illərdə Bakı Bələdiyyə Teatrında, 2010-2012-ci illərdə YUĞ teatrında çalışıb. 2010-cu ildən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında çalışır.
İlahə Həsənova M.F.Axundzadənin “Sərgüzəşti Vəziri xani Lənkəran”da Nisə xanım,Elçinin “Teleskop”da Qadın,S.Şendilin”Qanlı Nigar”da Nədidə,A.Saqarelinin “Xanuma”da Keto,B.Brextin”Kuraj və uşaqları”da Katrin,Elçinin”Şekspir”də Həkim,K.Abdullanın “Şah və şair,yaxud hamı səni sevənlər burdadı”da Qız Taclı xanım, V.Hüqonun”Qadın məhəbbəti”də Qız,H.Cavidin”Əmir Teymur”da Olqa,N.V.Qoqolun “Müfəttiş”də Mariya AntonovnaY.Şvartsın “Kölgə”dəç Şahzadə,H.Mirələmovun”Vəsiyyət”də Delisay,A.Şaiqin “Qaraca qız”da Ağca,”Danışan gəlincik”də Şahzadə-Tıqtıq xanım,M.Frişin”Don Juan və həndəsə”də Donna Anna,A.Sadıqovun “Nindza Tısbağalar və kapitan Cekin məcaraları”da Qar qız, A.Tolstoyun”Buratino”da Malvina,Y.Polyakovun Sinif yoldaşları”da Olqa,V.Şekspirin”Obn ikinci gecə və yaxud hər nə istəsəniz”də Viola və s. tamaşalarda müxtəlif maraqlı obrazlar yaradıb.