Güləhmədova Nigar

 

Nigar Xənəfi qızı Gülməmmədova 22 may 1977-ci ildə anadan olub. 1999-cu ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Drama teatr və kino aktyoru” fakültəsini bitirib. Təhsil aldığı ərəfədə Dövlət Pantomima teatrına dəvət olunub və 4 il ərzində yüksək dərəcəli aktrisa vəzifəsində çalışıb. Pantomima teatrında çalışdığı müddətdə “Pantomima buketi”, “Şərqə səyahət”, “Kvaksafon”, “Samuraylar”, “Dəli yığıncağı” və s. pantomima miniatürlərində, müxtəlif səpkili rollarda çıxış edib. Daha sonra isə M. Əzizovun “Şəngülüm, Şüngülüm və Məngülüm” nağıl pyesində Şəngülüm və Keçi, M. Füzulinin “Leyli və Məcnun” poeması əsasında qurulan “Gəldim ki, olan qəmin hərifi” pantomima tamaşada Leyli,  Ə. Haqverdiyevin “Kimdir müqəssir” pyesində Bahar obrazlarını oynayıb.

1998-ci ildə Ramiz Həsənoğlunun quruluş verdiyi “Nigarançılıq” tele tamaşasında nökər rolunu canlandırıb.

2000-ci ildə və növbəti illər ərzində Azərbaycan Dövlət Rəqs Amsambılında artist rəqqasə vəzifəsində çalışıb.

2008-ci ildə Nəsimi Məmmədovun lentə aldığı “Saat” qısa metrajlı filmində Ana obrazını ifa edib.

2009-cu ildə Vaqif İbrahimoğlunun quruluşunda Akademik Milli Dram Teatrının səhnəsində “Tülkü, tülkü, tənbəki” tamaşasında Ana durna rolunu oynayıb. Paralel olaraq Azər Paşa Nemətovun rəhbərliyi ilə ərsəyə gətirilən, Vüqar Bəxtiyarovun quruluş verdiyi antrepriz tamaşa, V. Şekspirin “12-ci gecə və yaxud nə istəsəniz” pyesində Mariya obrazını yaratmışdır.

2010-cu ilin fevral ayından müqavilə əsasında Akademik Milli Dram Teatrında çalışır və aşağıdakı obrazlarda çıxış etmişdır.

Haykanuş ( «Qarabağnamə» İ. Əfəndiyev),

Xacə ( «Sərgüzəşti-vəziri-xani-Lənkəran» M.F. Axundzadə),

Ruh («Teleskop» Elçin),

Xurşid xanım («Boy çiçəyi» İ. Əfəndiyev),

Həkim ( «Şekspir» Elçin ),

Xanım, Tülkü («Danışan gəlincik» A.Şaiq),

Yasəmən («Qaraca qız» A.Şaiq),

Fatimə Sultan ( «Nadir şah» Y.Oğuz),

Köylü qadın ( «Əmir Teymur» H.Cavid),

Donna Anna ( «Don Juan və həndəsə» M.Friş),

Ozan – Ana («İlahi oyun» «Kitabi Dədəm Qorqud» eposu əsasında»)

Mariya – ( «12-ci gecə və yaxud nə istəsəniz» V. Şekspir)

Rafaello – (“Nindza tısbağalar”) və s.