Laləzar Bəşir qızı Mustafayeva

Aparıcı səhnə ustası

Laləzar Bəşir qızı Mustafayeva 1962-ci il sentyabr ayının 30-da Balakən rayonu Qullar kəndində anadan olub.

Ali məktəb təhsilini 1990-cı ildə başa vuran Laləzar Mustafayeva təyinatla Akademik Milli Dram Teatrına göndərilib və sentyabrın 1-də kollektivin aktyor truppasına götürülüb. Aktrisa işlədiyi illər ərzində aşağıdakı rolları oynayıb.

Ayla, İçgen xatun, Məlahət («Hara gedir bu dünya», «Özümüzü kəsən qılınc», «Rəqabət», B.Vahabzadə), Leyla, Ameliya (“Qısqanc ürəklər”, «Dişi canavar», F.Q.Lorka), Gülbahar («Anamın kitabı», C.Məmmədquluzadə), Qumru müəllimə («Ana intiqamı», V. Babanlı), Abbi Patnem («Qarağaclar altında ehtiraslar», Y.ONil), Məhin banu («Fərhad və Şirin», S.Vurğun), Şəlalə (“Yalan ” S.Rəhman), Ziba xanım («Lənkəran xanının vəziri», M.F.Axundzadə), Məlikə Aydan (Nəriman Həsənzadə “Pompeyin Qafqaza yürüşü”), Hüquqə xanım («Bu dünyanın adamları», Hidayət), ( “Sevən qadın”, Ə.Əmirli) Mina, və s.

Aktrisa «Güllələnmə təxirə salınır» (Laləzar), «Gənc qadının əri» (Xalidə), «Uzun gecə» (Qadın), «Qəzəlxan» (Birinci arvad), «Qara volqa» (Pəncəli), «Divar» (Nazlı), «Ağ atlı oğlan» (Şəhla) bədii filimlərinə çəkilib.

“Kimdir haqlı?” (Həyat xanım), “İtkin gəlin” (Məleykə) və s. televiziya tamaşalarında da obrazlar ifa edib.

Laləzar Mustafayeva teatr sənətindəki fəaliyyətinə görə 1998-ci ildə Azərbaycan Respublikasının Əməkdar Artisti, 2002-ci ildə Xalq Artisti fəxri adları ilə təltif olunub. Prezident mükafatçısıdır.