Mehriban Mürvət qızı Zəki

Aparıcı səhnə ustası

Mehriban Mürvət qızı Zəki 18 dekabr 1966-cı ildə Bakı şəhərində anadan olub. 1974-84-cü illərdə orta məktəbdə təhsil alıb. 1991-ci ildə Azərbaycan Dövlət İncəsənət Universitetinin dram və kino aktyorluğu fakültəsini bitirib. 1990-ci ildən 2005-ci ilədək «YUĞ» Dövlət Teatrında, 2006-2007-ci illərdə Milli Akademik Dram teatrında, 2000-ci ildən 2011-ci ilə qədər «İBRUS» Teatrında calışmışdır. Müxtəlif teatrların səhnəsində “Heydərbabaya salam” , “Oğul”, “Səma”, “Şirəbənzər”, “Buninin sonuncu döyüşü” kimi tamaşalarda, oynamışdır.

Akademik Milli Dram Teatrında Əsmər («Füzuli və Əsmər», Mirmehdi Seyidzadə), Ana («Müsyo İbrahim və Quran çiçəyi», Erik Emmanuel Smitt), Sevinc («Sənsiz», Şıxəli Qurbanov), Zəhra («Bayquş gəldi, yaxud biraz məhəbbətdən danışaq», Maqsud İbrahimbəyov) və s. rolları oynamışdır.

Özəl səs tembrinə və ifa tərzinə malık olan Mehriban Zəki saz aləti ilə “Kitabi-Dədə-Qorqod” eposu, Nəsimi, Fizuli, Yunus İmrə və bir cox müsair şairlərin şeirlərinə bəstə qoşaraq ifa edir. 1995-ci ildə Bişkekdə keçirilən Ümümtürk Mədəniyyətinin bayramı olan «Manas-1000» yubileyində, 1999-cu ildə Parisdə, Moskvada və Bakıda keçirilən YUNESKO-nun tədbiri olan Kitabi-Dədə-Qorqudun 1300 illik yubileyində iştirak etmış, 2013-cü ildə yenə YUNESKO-da Məhsəti Gəncəvinin 900 illiyinə həsr olinmuş konsert proqramında Məhsətinin obrazını canlandıraraq onun şeirlərini sazla, sözlə ifa etmişdir.
O,həmcinin geniş şəkildə kino aktoru kimi də fəaliyyət göstərir. «Azərbaycanfilm» kinostudiyasının və dıgər kino şirkətlərin istehsalı olan bir çox bədii filmlərdə çəkilmişdir: Jurnalist qız «Ümüd»-rej. Gülbəniz Əzimzadə (1995), Lətifə «Otel otağı» – rej. Rasim Ocaqov (1998), Elmira «Ailə» – rej.Rüstəm İbrahimbəyov, Ramiz Həsənoğlu (1998), “Dədə-Qorqud” dünyası (sənədli) – aparıcı- rej. Rasim İsmayılov (1999), Gülya «Məkanın melodiyası» – rej. Hüseyn Mehdiyev (2004), Teybə «Küçələrə su səpmişəm»– rej. Nicat Feyzullayev (2004), Maya «Əlvida cənub şəhəri»– rej. Oleq Səfərəliyev (2006), Cavad xanın arvadı «Hökmdarın taleyi» – rej.Ramiz Fətəliyev, Dilşad Fatxulin (2008), Nərminə «Düyün» – rej. Əlisa Cabbarov (2008), Nərmin «Yalancılar» – rej. Əbdülqəni Əliyev (2008), Xalidə «Sirr» serial (2012), Cahan «Qaranlıqlar çiçəyi» (serial)- (2011), Alla «Təqib»- rej. Arzu Urşan (2013), Bahar «Həyat çiçəyi» (serial) – (2013), Leyla «Axınla aşağı» – rej. Asif Rüstəmov (2014), Səbinə «İçəri-Şəhər» – rej. İlqar Safat (2015), Sultan xanım «Əli və Nino» – a rej. Asif Kapadiya (2015)

Fəxri adları, mükafatlar
1993-cü ildə Aşğabadda keçirilən «Novruz 93» Teatr Festivalında «Xatun»mono-tamaşasına görə “Ən yaxşı teatr rolu” mükafatı, 1996-cı ildə Alma-Atada keçirilən Cambul Cabayev Festivalında «Ən yaxşı dastançı», 2005-ci ildə «Şərq-Qərb» Kinofestivalında «Küçələrə su səpmişəm» filmində «Ən yaxşı qadın» nominasiyası üzrə mükafatlarını almışdır.
Mehriban Zəki 1998-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına və 2003-cü ildə Prezident mükafatına layiq görülmüşdür.
2018-ci ildən Azərbaycan Respublikasının Xalq artistidir.