Cəfər Namiq Kamal oğlu Əhmədov

Aparıcı səhnə ustası

Cəfər Namiq Kamal oğlu Əhmədov 17 avqust 1950-ci ildə Bakı şəhərində anadan olub.

1972-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun mədəni – maarif fakültəsini bitirib.

1972-ci ildən Gənc Tamaşaçılar teatrında aktyor işləyən Cəfər Əhmədov aşağıdakı rolları oynayıb:

Rəcəb («Şirinbala bal yığır», S.Qədirzadə), Elçi («Bir parça Vətən», F.Sadıq), Qasid («Rüstəm və Zöhrab» İ.Coşqun), Aparıcı («Şəhidlər» B.Vahabzadə), Uçitel Həsənov («Danabaş kəndinin məktəbi», C.Məmmədquluzadə), Qaçay bəy («Qonşu qonşu olsa, kor qız ərə gedər» R.Əfəndiyev) və s.

Cəfər Əhmədov 1996-cı ildən Akademik Milli Dram Teatrının artist heyətinə qəbul olunub və teatrın səhnəsində bu rolları oynayıb:

2-ci Tiqran («Pompeyin Qafqaza yürüşü» N.Həsənzadə), Ədhəm Tağıyev, Şahzadə («Dəlilər və ağıllılar», «Xurşidbanu Nətavan» İ.Əfəndiyev), Ədəbi işçi, Eynşteyn, Dost, Xəlil, Ər («Mənim sevimli dəlim», «Ah,Paris,.. Paris!..», «Mənim ərim dəlidir», «Poçt şöbəsində xəyal»,“Arılar arasında” Elçin), Vəzir Mirzə Həbib («Lənkəran xanının vəziri», M.F.Axundov), Kamran Qızılsəs («Köhnə ev», Ə.Əmirli), Qulaməli («Bu dünyanın adamları», Hidayət), Gülməyən Adam («Hərənin öz payı», X.Qoco), Şeyx Əhməd («Ölülər», C.Məmmədquluzadə),  Don Çiro, Həkim (“Vinçenso de Pretore yaxud oğru cənnətdə”, Eduardo de Filippo).

Aktyor «Qız atası» (Yarik), «Anamın kitabı» (Rüstəm), «Duel»(Əziz), “Yurd yeri” (Sədrəddin) teletamaşalarında oynayıb.

Cəfər Əhmədov   2002-ci ildə Azərbaycan Respublikasının Əməkdar Artisti fəxri adını daşıyır. Prezident mükafatçısıdır.