Akademik Milli Dram Teatrında Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin görkəmli incəsənət və ədəbiyyat xadimlərinin yubileylərinin keçirilməsi haqqında tədbirlər planına əsasən Xalq artisti, görkəmli sənətkar Yaşar Nurinin 75 illik yubileyi münasibətilə anım tədbiri keçirilib.
Tədbirdə çıxış edən Xalq artisti İlham Namiq Kamal, Xalq artisiti Firəngiz Mütəllimova, əməkdar incəsənət xadimi, professor İlham Rəhimli görkəmli sənətkarın Azərbaycan teatr və kino tarixində yaratdığı obrazlar haqqında danışıb, teatr sənətinin inkişafındakı böyük xidmətlərindən bəhs ediblər.
Sonra Yaşar Nurinin 1978-ci ildə Sərsəm Salman rolunda çıxış etdiyi “Dəli yığıncağı” tamaşası nümayiş olunub.
Please follow and like us:
