Cavid Zeynallı 1986-cı ildə Cəlilabad şəhərində anadan olub. Bakı Dövlət Universitetində bakalavr və magistr təhsili, Azərbaycan Dillər Universitetində doktorantura təhsili alıb. 2010-cu ildə Gənclər və İdman Nazirliyinin “İlin ən yaxşı gənc yazıçısı” mükafatını qazanıb. Azərbaycan Yazıçılar Birliyinin və Teatr Xadimləri İttifaqının üzvü, Prezident təqaüdçüsüdür.
Mədəniyyət Nazirliyi tərəfindən Türkiyədə “Coğrafiya müəlliminin pencəyi” adlı kitabı çap olunub.
“Şükriyyə” pyesi Akademik Milli Dram Teatrında, “Tanrı quşu gəlmədi” pyesi isə Lənkəran Dövlət Dram Teatrında tamaşaya hazırlanıb. Qazaxıstanda Dramaturgiya laboratoriyasında master-klass keçib. TÜRKSOY-un “Əhməd Cavad-130” medalı ilə təltif olunub.
“Günəşi gözləyənlər”, “Leyla”, “Şükriyyə”, “Həmin işıqlı günlər” kitablarının müəllifidir.