Milli Qurtuluş Günü münasibətilə Akademik Milli Dram Teatrında Ulu Öndər Heydər Əliyevin ən çox sevdiyi və yüksək qiymətləndirdiyi Cəlil Məmmədquluzadənin “Ölülər” pyesi əsasında hazırlanmış eyniadlı tamaşa nümayiş olunub.
Heydər Əliyev “Ölülər” pyesini Azərbaycan ədəbiyyatının ən dərin fəlsəfi dram əsəri hesab edir, Azərbaycan dramaturgiyasının ilk cərgəsində görürdü. Ulu Öndər qeyd edirdi: “Ölülər” bənzərsiz fəlsəfi siqlətə və mənaya malikdir. Əsər xalqın maariflənməsinə, cəhalətdən və xurafatdan xilas olmasına xidmət edən, hər dövrdə öz aktuallığını saxlayan, insanı düşünməyə vadar edən bir şedevrdir”.
Xalq artisti Nurəddin Mehdixanlı Milli Qurtuluş Günü münasibətilə çıxış edib.
Qeyd olunub ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorudu, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı və inkişafın təməlini qoydu. Bu mühüm tarixi gün xalqımızın yaddaşına Milli Qurtuluş Günü kimi həkk olundu. Ümummilli liderin şəxsiyyəti, onun özünəməxsus siyasi idarəetmə qabiliyyəti, qətiyyəti, uzaqgörənliyi böhrana son qoydu, xalqımız Azərbaycan və azərbaycançılıq ideyaları ətrafında birləşdi. Ümummilli liderin müdrikliyi və qətiyyəti sayəsində Azərbaycanda vətəndaş qarşıdurmasına birdəfəlik son qoyuldu, ölkəmiz xaosdan, siyasi çəkişmələrdən, sosial-iqtisadi böhrandan xilas oldu. Azərbaycan müstəqil, demokratik, hüquqi və dünyəvi dövlət kimi inkişaf etməyə başladı.
Daha sonra tamaşa nümayiş olunub.
Please follow and like us: