Oktyabrın 29-dan etibarən Akademik Milli Dram Teatrı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və Azərbaycan Dövlət Televiziyasının dəstəyi ilə “Bölgə teatrlarının Bakı premyeraları” layihəsinə başlayıb.

Layihənin məqsədi bölgə teatrlarının yaradıcı həyatını stimullaşdırmaq, bölgə teatrlarında hazırlanan səhnə əsərlərini paytaxt tamaşaçılarına təqdim etməkdir.

10 mart – Milli Teatr Gününə qədər davam edəcək yeni layihəmiz Sumqayıt, Lənkəran, Gəncə, Mingəçevir, Şəki, Füzuli, Qusar, Qax, Qazax, Ağdam teatrlarını əhatə edəcək.

Layihənin növbəti qonağı Füzuli Dövlət Dram Teatrı olub. 23-24 dekabr tarixlərində Mirzə Fətəli Axundzadənin “Aldanmış Kəvakib” əsəri əsasında gənc rejissor Abdulla Elşadlının quruluş verdiyi “Kəvakib” tamaşası, Abdulla Elşadlının “Tənhalığın evi” əsəri əsasında Füzuli Dövlət Dram Teatrının baş rejissoru Nicat Mirzənin quruluşunda eyniadlı tamaşa nümayiş olunub.

Please follow and like us: