Akademik Milli Dram Teatrının rəhbərliyi və kollektivi 20 Yanvar – Ümumxalq Hüzn Günü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edib.

Azərbaycanın suverenliyi, müstəqilliyi və azadlığı uğrunda mübarizədə canlarını qurban vermiş qəhrəman Vətən övladlarının məzarları üzərinə qərənfillər qoyularaq əziz xatirələri hörmət və ehtiramla yad edilib.

Please follow and like us: