Noyabrın 16-da Sankt-Peterburqda IX Sankt-Peterburq Beynəlxalq Mədəniyyət Forumunun açılışı olub.

Forumda 73 ölkədən nümayəndə heyəti, eləcə də 30 ölkənin mədəniyyət nazirləri iştirak edir.

Noyabrın 18-dək davam edəcək forumun təşkilatçıları Rusiya Federasiyası Hökuməti, Rusiya Federasiyası Mədəniyyət Nazirliyi və Sankt-Peterburq Hökumətidir.

Azərbaycan tədbirdə mədəniyyət naziri Adil Kərimlinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunur.

Beynəlxalq tədbir çərçivəsində “Süni intellekt – mədəniyyətə təhlükə və ya fayda”, “Ənənəvi mədəniyyət sivil cəmiyyətin qurulmasının təməli kimi” və “Müasir teatr: ənənə, süni intellekt və müasir texnologiyalar” mövzularında panellər təşkil olunub.

Forum çərçivəsində teatr sənətinə həsr olunan xüsusi paneldə Rusiya, Belarusiya və Serbiya milli teatrlarının rəhbərləri ilə yanaşı Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktor səlahiyyətlərini icra edən Əməkdar mədəniyyət işçisi İlham Əsgərov çıxış edib, həmçinin Aleksandrinski Teatrın direktoru Sergey Yemelyanov, Belarus Akademik Milli Teatrının direktoru Aleksandr Şastakoyla görüşüb, qarışılıqlı əməkdaşlıq, qastrol səfərlərinin və festivalların təşkili haqqında müzakirələr aparıb.

Please follow and like us: