Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Azərbaycanın haqq savaşı olan 44 günlük Vətən müharibəsinə həsr olunan “Zəfər yolu” tamaşası hazırlanır. Teatrın mətbuat xidmətindən verilən məlumata görə, tamaşanın müəllifi və quruluşçu rejissoru Xalq artisti Azər Paşa Nemətov, rəssamı əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, bəstəkarı Xalq artisti Siyavuş Kərimi, rejissoru Emil Əskərov, rejissor assistenti Nərmin Həsənovadır.

Yeni yaradıcılıq işində Xalq artistləri Nurəddin Mehdixanlı, Əli Nur, əməkdar artistlər Hicran Nəsirova, Elxan Quliyev, aktyor Elçin Əfəndi, əməkdar artist Mətanət Atakişiyeva, aktrisalar Xədicə Novruzlu, Rada Nəsibova, əməkdar artistlər Mirzə Ağabəyli, Elnar Qarayev, aktrisa İlahə Həsənova, əməkdar artist Anar Heybətov, aktyor İlyas Əhmədov, aktrisa Afət Məmmədova, Aylin Həşimova, əməkdar artistlər Ayşad Məmmədov, Mətləb Abdullayev, Elşən Rüstəmov, aktyor Elsevər Rəhimov, əməkdar artist Rəşad Bəxtiyarov, aktyor Corc Qafarov, aktyorlar Tural İbrahimov, Ramin Şıxəliyev, Elnur Qədirov, Cümşüd Zeynalov, Cavidan Novruz və Vüsal Mustafayev çıxış edirlər.

Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı tarixi qələbəyə ərməğan olan yeni tamaşanın premyerasının may ayının 28-də – Respublika Günündə keçirilməsi planlaşdırılır.

Please follow and like us: