
10 mart Milli Teatr Günü münasibəti ilə Akademik Milli Dram Teatrında “Sərgüzəşti-vəziri-xani-Lənkəran” tamaşası nümayiş olunub. Tamaşanın nümayişindən əvvəl teatrın bədii rəhbər-direktoru, Xalq artisti Azər Paşa Nemətov Azərbaycan teatrının yaranma tarixi haqqında məlumat verib, Milli Teatr Günü münasibəti ilə teatrsevərləri təbrik edib.
Daha sonra səhnə əsəri nümayiş olunub.
Tamaşanın quruluşçu rejissoru mərhum sənətkarımız, Əməkdar incəsənət xadimi, rejissor Vaqif İbrahimoğlu, rejissoru Anar Sadıqov, quruluşçu rəssamı Əməkdar rəssam Rəşid Şərif, bəstəkarı Xalq artisti Səyavuş Kərimidir. Rəqslərin quruluşu Zakir Ağayev və Yelena Ağayevaya məxsusdur.

Please follow and like us: