Dekabrın 29-da Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

AZƏRTAC​ xəbər verir ki, Sərəncama əsasən, Azərbaycan Respublikasının Kəlbəcər rayonunun işğaldan azad olunması uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət göstərmiş 5203 hərbi qulluqçu “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif olunub.

Təltif edilənlərin 1-i general-leytenant, 15-i polkovnik, 56-sı polkovnik-leytenantdır.

Təltif olunanların arasında​ Akademik Milli Dram Teatrının əməkdaşı Ruslan Kərimovun da adı var.​
Please follow and like us: