Azər Paşa Nemətovdan, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident.

Dünyanın, eləcə də ölkəmizin çətin sınaq qarşısında qaldığı pandemiya günlərində böyük qətiyyət və iradə ilə hər bir vətandaşımızın sağlamlığını qorumağınız xalqımız tərəfindən yüksək qiymətləndirilir. Azərbaycan dövləti tarixin bütün sınaqlarından üzüağ çıxıb. Ölkəmiz ulu öndər Heydər Əliyevin və Sizin rəhbərliyinizlə bütün sahələrdə böyük uğurlar qazanıb. Xüsusi karantin günlərində dövlətimizin inkişafı, xalqımızın rifahı naminə atdığınız bütün addımlar hər bir azərbaycanlının xoşbəxt gələcəyinə hesablanıb.

Hörmətli cənab Prezident, biz Sizin və hörmətli Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevanın nümunəsində mədəniyyət və incəsənətin, o cümlədən teatrın böyük dostunun təəssübkeş münasibətini görmüşük. Mayın 7-də imzaladığınız Sərəncamla bir qrup teatr xadimi Prezident mükafatına və fərdi təqaüdə layiq görülüb. Göstərdiyiniz yüksək diqqətiniz bu qayğılı günlərdə bizə hədsiz sevinc bəxş edib. Ömrünü teatra həsr edən səhnə fədailərinə tükənməz sevginizə görə teatr ictimaiyyəti adından Sizə dərin minnətdarlığımı bildirir, Vətənimizin tərəqqisi naminə bütün işlərinizdə bol-bol uğurlar arzu edirəm. Biz Sizin bütün çağırışlarınıza dəstək verməyə hazırıq. Tanrı Sizi, doğmalarınızı və bütün xalqımızı qorusun.

Dərin hörmət və ehtiram hissi ilə, Azər Paşa Nemətov, Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Akademik Milli Dram Teatrının bədii rəhbər – direktoru, Xalq artisti.

Azərbaycan Respublikası, Bakı şəhəri.

Please follow and like us: