Başsağlığı

Azərbaycan Teatr Xadimləri İttifaqının sədr müavini, Xalq artisti, görkəmli teatr və kino aktyoru Rafiq Əliyev dünyasını dəyişib. İttifaqın sədri, Akademik Milli Dram Teatrının bədii rəhbər-direktoru, Xalq artisti Azər Paşa Nemətovun və hər iki qurumun kollektivi adından Rafiq Əliyevin yaxınlarına dərin hüznlə başsağlığı verir, görkəmli sənətkara Allahdan rəhmət diləyirik. Ruhu şad olsun!