Koronovirusa qarşı həyata keçirilən maarifləndirici mübarizə tədbirlərinə Akademik Milli Dram Teatrının tanınmış sənətkarları da qoşulub. Belə ki, Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Akademik Milli Dram Teatrının bədii-rəhbər direktoru, Xalq artisti Azər Paşa Nemətov, Xalq artistləri Hacı İsmayılov və Nurəddin Mehdixanlı çıxış edərək insanları koronovirusdan qorunmağa çağırıb, eyni zamanda dövlətin həyata keçirdiyi vacib qabaqlayıcı tədbirlərə dəstək olmağı, karantin günlərini evdə keçirməyi tövsiyə ediblər.
Please follow and like us: