Məzahir Həmdulla oğlu Cəlilov 

Aparıcı səhnə ustası

Məzahir Həmdulla oğlu Cəlilov 15 iyul 1946-cı ildə anadan olmuşdur.1975-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyoru fakültəsini bitirmişdir. 1980-cı ildən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında çalışır və teatrın səhnəsində müxtəlif səpgili obrazlar yaratmışdır.

Bunlardan Vəkil Vadenbirn (L.Frank “Yad adam”),Barmen və 4-cü polis (Anar “Səhra yuxuları”),Qasid, Həkim, Keşiş (Şekspir “Maqbet”,“Kral Lir”,“Hamlet”), Sərkis (M.İbrahimov “Közərən ocaqlar”),Papas (H.Cavid “İblis”),Şeyx Alı (S.Vurğun “Vaqif”),Sıldırım (N.Xəzri “Torpağa sancılan qılınc”), Sərkərdə (M.S.Ordubadi “Qılınc və qələm”), Kəlbəlixan (İ.Əfəndiyev “Hökmdar və qızı”), Ergin (B.Vahabzadə “Özümüzü kəsən qılınc”), Kərbəlai Muxtar (C.Məmmədquluzadə “Ölülər”), Ağsaqqal (B.Vahabzadə “Dar ağacı”), Ya O (Ç.Aytmatov “Sokratı anma gecəsi”), Hacı Salah (M.F.Axundzadə “Lənkəran xanının vəziri”), Məmur (N.Hikmət “Kəllə”), Məlüküldövlə (İ.Əfəndiyev “Xurşidbanu Natəvan”), Xondulu (İ.Şıxlı “Ölüləri qəbiristanlıqda basdırın”), Məşədi Cahangir (M.Cəlal “Dirilən adam”),Karpe (O.İoseliani “Kaş araba aşmayaydı”),Qazi (“Qətibə İnanc”M.S.Ordubadi) və s. obrazları göstərmək olar.

Məzahir Cəlilov bir çox televiziya tamaşalarında – “Nişan üzüyü”ndə Kolxoz sədri, “Ömrün yollarında” Mühəndis,“Günahsız Abdulla”da Kişi,“Yurd yeri”ndə Əhməd kimi maraqlı obrazlar yaratmışdır.Aktyor eyni zamanda“Əlavə iz “(film, 1981),“Ömrün yolları” (film, 1982),“Günahsız Abdulla” (film, 1984),“Canavar balası” (film, 1997),“Yurd yeri” (film, 1997),“Biz qayıdacağıq” (film, 2007),“Cavad xan” (film, 2009),“Ölüm növbəsi” (film, 2009),“Yaddaş” (film, 2010),“Mürafiə vəkillərinin hekayəti” (film, 2011),“Həkimlər”(Ultionis),“Tək olanda qorxma…” (teleserial, 2013) filmlərində maraqlı rollar oynayıb.

Məzahir Cəlilov 2013-cü il 25 iyun tarixində Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına layiq görülüb.