Elçin Fərahim oğlu Əfəndi 16 iyun 1985-ci ildə anadan olub. 2006-cı ildə Azərbaycan
Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Musiqili teatr aktyorluğu” fakültəsini bitirib.
Akademik Milli Dram Teatrının səhnəsində Fəhlə,Sərnişin (“Qatarın altına atılan qadın”A.Məsud), İgi,Molla (“Qanlı Nigar”,S.Şendil),Kinto “Xanuma”(Saqareli), Patrik(“Qürbətdən gələn məktublar”H.Həsənov),Qənbər(“Anamın kitabı”C.Məmmədquluzadə),, Yavər(“Gəncə qapıları”H.Həsənov), Qorçubaşı(“Şah və Şair”K.Abdulla),Rza bəy (“Lənkəran xanın vəziri”M.F.Axundov), Sabutay(“Əmir Teymur”H.Cavid), Doqquzuncu ər(“Yaşlı xanımın gəlişi”F.Dürrünmatt), Don Qansalonun qohumu(“Don Juan və həndəsə”M.Friş),Dəvədəlləyi “Buratino axmaqlar ölkəsində”A.Tolstoy), Antonio (”On ikinci gecə”V.Şekspir), II Zabit (“Cəhənnəm sakinləri”Elçin),Samir( “Vəsiyyət”H.Mirələmov),Heydər ağa(“Ölülər”C.Məmmədquluzadə),Münəccim(“Keçəlin nağılı” Nağıl tamaşa) Hərbçi (“Cəhənnəm sakinləri”Elçin) və başqa tamaşalarda müxtəlif maraqlı obrazlar yaradıb.
Elçin Əfəndi “Yalan”, “Cavid ömrü” filmlərində, “Həyat sən nə qəribəsən”, “Döngələr”, “Cəllad” və s. seriallarda çəkilib.