İlham Elxan oğlu Əsgərov 28 fevral 1976-cı ildə Bakı şəhərində anadan olub. 2004-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tətbiqi incəsənət, teatr və konsert işləri üzrə prodüser fakültəsini, 2006-cı ildə teatr rejissoru üzrə magistr pilləsini bitirib.
1997-ci ildən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında çalışan İlham Əsgərov əvvəlcə tikiş sahəsinin müdiri,1998-ci ildən isə bədii quruluş hissə müdiri vəzifəsində çalışır və bu günədək teatrda hazırlanan tamaşaların, “Dədə Qorqud” və bir sıra görkəmli incəsənət xadimlərinin yubiley gecələrinin, eləcə də Ü.Hacıbəylinin Vyanada hazırlanan “Arşın mal alan” tamaşasının bədii tərtibatını yüksək səviyyədə hazırlamışdır.
İlham Əsgərov J.Koktonun “İnsan səsi” və M.F.Axundzadənin “Müsyö Jordan və dərviş Məstəli şah” tamaşalarının quruluşçu rejissoru, Ə.Əmirlinin “Mesenat” və M. Frişin “Don Juan” tamaşalarının geyim üzrə rəssamı, M.M.Seyidzadənin “Füzuli və Əsmər”, A.Şaiqin “Eloğlu”, “Gəl Novruzum”, “Məlikməmməd”, X.Həsənovanın “Tülkü, tülkü, tünbəki”, “Dovşan və şir” və “Şıltaq Şahzadə” nağıl-tamaşalarının, F.Bruknerin “Napaleon”, Əfqanın “Oliqarx”, Elçinin “Qatil”, H.Həsənovun “Qürbətdən məktublar”, H.Cavidin “Əmir Teymur”, C.Ratrikin “Qocanı öldürməliyik”, Y. Oğuzun “Nadir şah”, B. Nuşiçin “Nazirin xanımı” İ.Əfəndiyevin “Mənim günahım”, Q.Qorinin “Herostratı unudun”, A.Şaiqin “Qaraca qız”, “Danışan gəlincik”, “Biri var idi, biri yox idi”, N.V.Qoqolun “Müfəttiş”, A.Sadıqovun “Buzlar ölkəsində”, C.Rodarinin “Çipollino”, A.Məmmədovun “İuda”, M.S.Ordubadinin “Qılınc və qələm” romanı əsasında “Qətibə İnanc”, A.Sadıqovun “Rəqs edən pinqvinlər”, X.Həsənovanın “Gəl baharım, gəl yazım”, K.Abdullanın “Bir, iki, bizimki”, Ç.Aytmatovun “Manqurt”, Ə.Əmirlinin “Ah, bu uzun sevda yolu”, A.Tolstoyun “Qızıl açar, yaxud Buratinonun macəraları” nağılı əsasında Ə.Cahangirlinin səhnələşdirdiyi “Buratino Axmaqlar ölkəsində”, C.Cabbarlının “Yaşar”, S.Aleksiyeviçin “Müharibənin qadın üzü yoxdur”, Ü.Heybərovanın “İnanıram”, X.Həsənovanın “Yeni il sərgüzəştləri”, E.Filipponun “Filumena Marturano”, xalq nağılı əsasında “Sehirli buta”, Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş İ.Fəhminin “İsgəndərə yeni namə”, Azər Paşanın “Zəfər yolu”, Evripidin “Medeya”, S.Mrojekın “Yay günü”, xalq nağılı əsasında “Məlikməmməd”, X.Həsənovanın “Göycək Fatma”, Xurşidbanu Natəvanın 190 illiyinə və “Şuşa ili”nə həsr olunmuş İ.Əfəndiyevin “Xurşidbanu Natəvan” tamaşalarının quruluşçu rəssamıdır.
İlham Əsgərov 2012-ci ildə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Y.Vaxtanqov adına Dövlət Akademik Teatrında və Rusiyanın Böyük Dövlət Teatrında yaradıcılıq təcrübəsi keçmişdir.
2013-cü ildən Azərbaycan Teatr Xadimləri İttifaqının və 2017-ci ildən isə Azərbaycan Rəssamlar İttifaqının üzvüdür.
İlham Elxan oğlu Əsgərov 2015-ci idə Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülüb.