Əli Qayıb oğlu Nurzadə

Aparıcı səhnə ustası

Əli Qayıb oğlu Nurzadə (Əli Nur) 1948-ci il yanvar ayının 10-da Ağsu rayonunun Bico kəndində anadan olub.Orta məktəbin on birinci sinfini 1965-ci ildə doğma kəndində bitirib. Həmin il uğurla imtahan verərək Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutunun sənayenin iqtisadiyyatı fakültəsinə daxil olub. Üçüncü kursa keçəndə,köçürmə yolu ilə 1968-ci ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət institutunun aktyorluq fakültəsinin birinci kursuna götürülüb.Sənət müəllimləri xalq artisti,rejissor və aktyor Rza Təhmasib, rejissor Əliheydər Ələkbərov və Əzizağa Quliyev olublar. İnstitutda tələbə ikən İ.Əfəndiyevin “Bahar suları” tamaşasında Uğur, Şillerin “Məkr və Məhəbbət” tamaşasında Prezident, A.Ostrovskinin “Günahsız müqəssirlər”tamaşasında Murov,C.Məmmədquluzadənin “Dəli yığıncağı” tamaşasında Şeyx Fazili rollarını oynayıb.S.Vurğun “Komsomol poemasında” Bəxtiyar obrazını yaradıb.1972-ci ildə ali aktyor diplomu alan və İnstitutda müəllim işləyən Əli Nur həmin il sentyabr ayının 1-də təyinatla Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrına göndərilib.1973-cü ilin mayından 1974-cü ilin iyun ayına qədər hərbi xidmətdə olub və qayıtdıqdan sonra yenə teatrda aktyor işləməyə başlayıb. 30 dekabr 1982-ci ildən 10 fevral 1986-cı ilə qədər aktyorluqla bərabər,həm də teatrın direktoru vəzifəsini tutub.20 sentyabr 1986-cı ildə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin əmri ilə Sumqayıtdan Bakıya, Akademik Milli Dram Teatrına aktyor ştatına keçirilib və o vaxtdan bu truppanın üzvüdür.Əli Nur Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrında işlədiyi on üç il ərzində (bir ili hərbi xidmətdə keçib) aşağıda siyahısı verilən rollar silsiləsini ifa edib.Bəhram

“Solğunçiçəklər”\(C.Cabbarlı),Arif“Anaməhəbbəti”,(Y.Məmmədov),Rahib “İnam”,( F.Məmmədov),A.B. “Demoklisin qılıncı”(N. Hikmət)Cəlal “Komsomol poeması” (İ.Coşqun,S.Vurğunun eyniadlı poeması əsasında)Tərgəldi “Adamın adamı”,(Anar) Əliqulu“Tamahkar”,(S.S.Axundov) İbad”Almaz”,( C. Cabbarlı),

Laqutin  “Poladəridənlər”,( G. Bokarev)Tamaz”Sərbəst mövzu”,(A.Çxaidze),

“Ölüm mələyi““İlahi komediya”,(İ.Ştok),Rüstəm “Vəfalı Səriyyə”,(C. Cabbarlı),Arbenin “Maskarad”,(Y.Lermontov),Aləmtac“Mehrişah”, (O.Məmmədov),Bəbir ”Ayıl,bax bu dünyaya”,( H. Nəzərli ),Zakir “Toy şənbə günü olacaq”,(M.Kərim),Ərəblinski “Ərəblinski”, Ə.Nur.Rəhim “Ağa Kərim xan Ərdəbilli”,( N.B. Vəzirov),Şıxlinski ”Bütün Şərq bilsin”,(N. Həsənzadə),Şatrov “Vətənə qayıtmaq istəyirəm”,( V. Koşuta),Qaratay”Afət”,(H. Cavid),Stenli,“İstəktramvayı”,(T.Uilyams),Saqadayev, “Onüçüncüsədr”(A.Abdulin),Atabala,”Doğmalar”,(R.Əlizadə),Oqtay,”OqtayEloğlu”(C.Cabbarlı),Mustafa,”Çahargah fantaziyası”,(K. Kərimov),Rüstəm bəy “Dursunəli Mamağanskinin macəraları”(.S.M.Qənizadə)   Etibar”Mənimarxalandığım”,(NXəzri),Direktor “Qəbul təxirə salınır”( C. Yusifzadə) və s.

Əli Nur Akademik Milli Dram Teatrının səhnəsində aşağıdakı tamaşalarda da silsilə rolların ifaçısıdır.Şirzad bəy “Şeyx Xiyabani” (İ.Əfəndiyev),Nizami Gəncəvi “ Atabəylər” (N.Həsənzadə),Qazan xan “Torpağa sancılan qılınc”, (N.Xəzri),

Nəsimi “Fəryad”(B.Vahabzadə),Mustafa“Çahargah fantaziyası”,(K. Kərimov),Mirzə Fətəli Axundzadə “Mənsiz dünya”,( N. Xəzri),İ.Stalin”Tufandan əvvəl”,( A.Süleymanov),Rəhimzadə“Bizim qəribə taleyimiz”,(İ.Əfəndiyev),

Kumar “Qanqın böyük dalğası”( C. Əfruz),Qələndər “Gülüstanda qətl”,(C. Əlibəyov),Agah Əfəndi “Qanlı Nigar”, (S.Şendil),Doktor Altay“Tənha iydə ağaci”,(İ.Əfəndiyev),Səlim Babayev”Sevgililərin cəhənnəmdə vüsalı”,(İ.Əfəndiyev),Mirzə Məhəmməd “Anamın kitabı”, (C. Məmmədquluzadə),Şair “Sokratı anma gecəsi”(Ç. Aytmatov və M.Şahanov),Çapar Şah Edip (“Şah Edip”),Sofokl Kərim “Lənkəran xanının vəziri”,M.F. Axundzadə Pirqulu (“Aydın”), (C.Cabbarlı),Mustafa Kamal  (“Ulduz, yaxud Ədimə fəthi”),(C.Cabbarlı),Şəfiyev,”Bu dünyanın adamları”,(H. Orucov),Babək “Dar ağacı”,( B.Vahabzadə),Əlimərdan bəy,“Eşq və intiqam”,( S.S.Axundov),Qara xaqan,“Özümüzü kəsən qılınc”(“Göy Türklər”), (B.Vahabzadə),Nostradarmıs,“Hələ “sevirəm”deməmişdilər…”,(R.Novruz), M.F.Axundov,” Brüseldən məktublar”(H.Həsənov),Səttar,”Rəqabət” (B.Vahabzadə),Patifor,Şezar“Misir gecələri”( M.S.Ordubadi,N.Hikmət, V.Şekspir),Sarıqlı Molla“Dirilən adam”,(M.Cəial),Rüstəm Xan “Eloğlu”, (A.Şaiq),Şahi “Füzuli”,(M.M.Seyidzadə),Səməd Mənsur “İmzanın hökmü”, (T.Kazımov),Dədə Qorqud “Novruznamə”,(S.Cavadlı),Kəlbəli Xan,  “Qarabağnamə”,(İ.Əfəndiyev),İsrail “Teleskop”,(Elçin),İstinyenli Əşrəf,”Qanlı Nigar”,(S.Şendil),Tenerio “Don Juan və həndəsə”(M.Firiş),Çar Georqi,”Gəncə qapıları”(H.Mirələmov),Səadət xan “Nadir şah”(Y.Oğuz), Hacı Həsən Ağa “Ölülər” (C.Məmmədquluzadə),Kərbəlayi Türbət “Dəli yığıncağı”       (C.Məmmədquluzadə) və s.                                                                              Əli Nur müxtəlif illərdə Azərbaycan Dövlət Televiziyasında hazırlanmış serial və telefılmlərinə çəkilib.” İşarə dənizdən gözlənilir”,“Cavad Xan”,“İflas”

filmlərində çəkilmişdir.Əli Nur səhnəyə gəldiyi gündən bütün dövlət və ictimai tədbirlərin iştirakçısı olub.

Əli Nurzadə (Əli Nur) 2002-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına layiq görülüb.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosentidir.

2010-11,2013-cü il və 2019-cu il Prezident mükafatçısıdır.